Xpert
AKA: XXXpert
Atababayev Şəhriyar Zahid oğlu
azərbaycanlı şair, reper və prodüser.
30 sentyabr 1990-cı ildə Bakı şəhərində doğulub.
Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsində bakalavr (2007-2011), Türkdilli Xalqların Ədəbiyyatı üzrə magistr (2012-2014) təhsili almışdır.
2010-lardan sonrakı yerli rep dalğasının öncüllərindəndir. Onun “X tərzi” adlanan üslubu klassik əruz vəzni ilə müasir heca şeirini bir nəfəsdə qovuşdurub, improvizə meyxana ruhunu küçə repinin sərt ritmi ilə birləşdirərək estetik formada dinləyiciyə təqdim edir. Xpert poetik nizamın, battle enerjisinin və teatral atmosferin vəhdətidir.
Sosial şəbəkələrdə yaratdığı güclü rezonans, dünya şöhrətli xanəndə Alim Qasımov, Türkiyə underground repinin əfsanəsi Sansar Salvo, rus underground dalğası Каспийский Груз, eləcə də Azərbaycanın sevilən sənətçiləri Jasur Nemətov, Pünhan Əzim, Uran, Orkhan Zeynallı, Okaber, Paster, Jay Meel ilə reallaşdırdığı layihələr onun miqyasını açıq şəkildə göstərir.
101, Synaps, Shamans Wear kimi bir sıra uğurlu layihələrinin qurucularındandır.
Diskoqrafiya
- Makar10 (2011)
- La Poax (2012)
- Akula (2013)
- Qassab (2015)
- Bir Şans Daha (2017)
- Trashtape (2020)
- 7 (2021)
- Sunset Riders (2023)