[VERSE 1]
Hara gedirəm radiolarda səsin kəsin tape'in
Mən hər gün özümü soyundum və başqalarını geyindim
Albom alıb heç nə görmüyən əslində bilməmişdi ki
Gizlədir balaca oğlan Xpert in eybin
Dəyişdikcə hali-məkan yoxsul və də xali
Necə oldu ki, bu qədər kirlə insan irqi ali
Nəfsindəki ac yaratığlar can əmər doymadığca
Utanmaz və gündən-günə düşər peşdəmali
İtirdiyin cövhərlərin əllərimdə bul şirəsin
Qurtumla ki, ruhunu bihuş eləsin
Hesab gününü gözləmiyin, mən onsuzda bağışladım
Ətimi yeyənlər sümüyümü nuş eləsin
Suvarar yanağlarımı göz bulağlarım
Gedər ən uc nöqtələrinə, toxunar lap qırağlara
Yalın əl suvamadığca daman qəlbin hasarların ki
Soldan axmıyan hər söz dağılar bağırsağlara
[Chorus]
Və bir də bir gün olmam əlbət məni al dillərdən
Tut əlimi dart illərdən çıxarıb qatillərdən qaçır
Hərdən düşün ki, şansım olsa bir gün olsam ərdəm
Və bil ki, həp yanındayam
Və bir də bir gün olmam əlbət məni al dillərdən
Qırılan al güllərdən, ucalar dağ gillərdən yerində
Başa düşdüm asılar can tirlərdən
O vaxt ki, sol yanındayam qəbirdə
Və bir də
[VERSE 2]
Yoxsulların üzünə bağlanan darvazalar cəftəsiyəm
Səfillər at yarılan bağırlardan
Və bir də yavan su'ynan üsyan edən gəncin aclıq həftəsiyəm
Qazaram ağ divarda gələcək nağıllarda
Dedim ki, yazım, əlacı xəstələrin
Güldüm bəstələdin, mən səni vəsf elədim
Sən mənə ərmağan etdin, mən səni əxz elədim
Və son da istəmədin, mən yenə sənə bəs demədim
Bədən ki, dəmir köklü daş evlərdə əsir geniş tək diyara
Bəs eləməz 4 albom zəlil dilimə səpdi yara
Şəhriyar'ı yetişdirən məmləkətin ehtiyacı olmamalıdı ikinci bir Şəhriyar'a
Saqqallı uşağ baxıb təəccüb edər fərqə
17 yaşındayam tələbə bileti kartında
Gözdüyürəm Şəhri gələr bəlkə
Dayanmışam universitet çıxışındaki balaca ağacın altında
[Chorus]
Və bir də bir gün olmam əlbət məni al dillərdən
Tut əlimi dart illərdən çıxarıb qatillərdən qaçır
Hərdən düşün ki, şansım olsa bir gün olsam ərdəm
Və bil ki, həp yanındayam
Və bir də bir gün olmam əlbət məni al dillərdən
Qırılan al güllərdən, ucalar dağ gillərdən yerində
Başa düşdüm asılar can tirlərdən
O vaxt ki, sol yanındayam qəbirdə
Və bir də