Məryəm

By Yap10

On 1-0

Thumbnail

Onun fikrində belə yaşamaq vahiməli

Sinifdə qızlar arasında yeganə bakirədir

Heç vaxt ağlamaz, yazsa qiymət kafi müəllim

Atasın itirmişdi düşmən tutanda Qahirəni

Bir dahi dəli kimi qızın yarası qalın

Bu bədbəxtin son hadisədən heyif bir xalası qalır

Ev yoxsul, tavan nazik, divarın malası qalıb

Ağlayırdı, gözü önündə ata qızının qadasın alır

Hara sığar axı, xalası deyir: “İstəmə pul”

Qurtarıb evdə hər şey, yox nə çörək, yox nə un

1 həftə sonra onu bir varlı evdə işlədə qul

Alçaq əmr verib qışqırırdı: “Tez işlə və dur”

Hər dəfə bu hadisə ürəyi daş kimi bərkitdi

Adiləşdi əziyyət ona, ağlamağı tərgitdi

İllər gəldi, getdi, dərk etdi

Saat 1-ə qalırdı, doğma yeri tərk etdi

Yad şəhər soyuq, nazik köynəyi dayağı

Nə vaxtdır daş üstə yatır, göynəyir ayağı

Xoşbəxtlik uzaq səma, amma görməyir qağayı

Tək yol fahişəlikdir, vermir ölmək qərarın

Aylar sonra istəyinin həyata keçməsi

Kabluk, qımızı pomada, bədəndə döyməsi

Hər gecədən sonra əzələlərin göynəməsi

Ailənin səsini əvəz edirdi artıq nalə səsi

Təsəvvür eləmədiyi indi onun başına gəlir

Pul boldur, artıq dəyir ən bahalı maşına əli

Hər gələn bədəni sevir, olmur göz-qaşına dəli

Və bir də fikirləşirdi: “Evlənmək yaşına gəlib”

Amma belə həyat tərzi ona xoş və havayı idi

Ona görə ki, hər səhər o ən bahalı naharı yeyir

Hal-hazırda yaşananları həyatın baharı bilir

Kövrəlib deyirdi: “Geridə qalanlara bax hara gedib?”

Uzaqlara gedir, orda vardı ata qəbri

Gözlərdən yaş axır yaşamağa da yox səbri

Hər şeyi var, atasızlıqdır tək səbəbi

Bunlara da dözə bilməyib son dəfə döyünür qəlbi