1-0

By Yap10

On 1-0

Thumbnail

[Nəqərat: Hugo]

Mənim dilimdə sürət ölməz, rep sağ

Beyində flow’ları qoruyar kepka

Repdən gedəndə deyilməli “sən qal”

Və geri dönüb ürəklə de: “Azrap var”

Mənim dilimdə sürət ölməz, rep sağ

Beyində flow’ları qoruyar kepka

Repdən gedəndə deyilməli “sən qal”

Və geri dönüb ürəklə de: “Azrap…”


[Bənd 1: YAP10]

Bu dədə və baba adəti bu qədər müqəddəs, həqiqətən belimdən su gedər

Vərəqə belə də bələdəm, hələ də dərədən, təpədən enərəm hələ mən

Bunu da bil amma Fada Flow metodikadır, bir də ki, sözünü hədəfə dəqiq atır

Azrep’ə gədə də, güdə də batırıb amma bu qədər samitə ədədi qatıram mən

Kimdir kim?

Saxladı kim ki, kin

Müəllimdən kim ki 2

Aldı kimdir king?

Həndi xox!

Flow fəndi məndə bol!

Sən desən də “yox”!

Sən də hətta o

Yoxdur!

Və bunu da bil amma sənə nəzərən təzəyəm, inan, ona betərəm

Ola bilər, amma mənə qulaq asan hələ də az, amma tanıda bilərəm özümü şəhərə

21 ilim yox repdə, dəyərim bilinir “i” hərfi dilimi didir

Kimi də itirib imanını, dinini, yeri bilinir kimi silinir, kimimiz itib

Flow, diri-diri yedim o da yedi dibini, bəlkə də zibilin biridir

Kanka yığdi fitimin bitini bir də “Rapin EP”ini köhnə it ilidir sizin iş


[Nəqərat: Hugo]

Mənim dilimdə sürət ölməz, rep sağ

Beyində flow’ları qoruyar kepka

Repdən gedəndə deyilməli “sən qal”

Və geri dönüb ürəklə de: “Azrap var”


[Bənd 2: YAP10]

Tech N9ne’am bye-bye’lar “nay nay nay”

Bu qədər flow’nu tuta bilər Wi-Fi’la

Bir dəfədə gedə bilərəm qaydayla

Yeyirəm qaymaq yaymayla

Rep’də mən, meyxanada var Bayram

Nə oldu yatdın “lay lay lay”

Ala, nə qədər maymaq, axmaq var

Elələri sayılır barmaqla

Bitirə bilimədim, inan, saymaqla

Hay-hay’la gəl-get vay-vay’la

Məndə rep sizdə day-day var

Sizin kimi mc’lər tay-tay’la

Uğurum hələ də davam edər may, yay var

Birdə bunu da deyim, inan, kayf my life!

Sözümü götür özünə fayda var

Sizin işiniz inanın ki, zaydan zay

Bu dəqiqə və yenə yazıram amma sən aşağıdakı sətri beyinə doldur

Mənə dedilər axı, lirikadan oxu, sonra sənə qulaq asa bilən qız olsun

Bunu da bilin, inanın amma marağı yox, həqiqətən mənə bir dəfə qulaq asan

Həmin adam dibinə qədər və sona kimi mənə dətsək olsun


[Nəqərat: Hugo]

Mənim dilimdə sürət ölməz, rep sağ

Beyində flow’ları qoruyar kepka

Repdən gedəndə deyilməli “sən qal”

Və geri dönüb ürəklə de: “Azrap var”

Mənim dilimdə sürət ölməz, rep sağ

Beyində flow’ları qoruyar kepka

Repdən gedəndə deyilməli “sən qal”

Və geri dönüb ürəklə de: “Azrap var”