Yaxşi

By Xpert

On Qassab

Released on March 27, 2016

Thumbnail

[Nəqarət]

Yaxşı, Köpək balığı ağzın açar düzər kanta naxışı

Atar salto, üzər fanta naxışı

Haşa - uzaq durun, haşiyərələr çəkin

Naşi yazarların üstlərində Raşit - Mən

Yaxşı, Köpək balığı ağzın açar düzər kanta naxışı

Atar salto, üzər fanta naxışı

Haşa - uzaq durun, haşiyərələr çəkin

Naşi yazarların üstlərində Raşit - Mən


[Bənd 1]

Bir şey deyim, Synaps, All in yaxşı bilir işi

Bura hər təbəqədən, hər kəsimdən MClərin beşiyi

Qafiyə axtarmıram heç özləri məni tapır

Bizim uşaqlar da bilir başım köhnə kitab yeşiyi

Nə olsun ki külliyata bu qədər adam hayran

Hər konsertdən sonra acılı toyuq dönəri ayran

Biz evdə bişən şiriniyyatlar aşırdırıq çaynan

Sonra maşınımızda asta səslə Kürdəxanlı Bayram

Mən belə tip şeirlərin gündə onun yazım atım

Nə fayda? itib gedir qarın qatım

Ki, baxış yuz minləri vurdu diyəmi harınladım

Səsyazmaya hər gün işdən ayağnan, Şəhərə düşdüm- arıqladım

Köhnə tükənmiş Mclər tüpürmüşəm silər

Dəbdən düşən, ozkeçmişə tüpürmüş MClər

(Güya ki) Mənə atılan atmacalara gülürmüş MClər

Dedilər All in Label arxasından hürümüş MClər

Dedim :


[Nəqarət]

Yaxşı, Köpək balığı ağzın açar düzər kanta naxışı

Atar salto, üzər fanta naxışı

Haşa - uzaq durun, haşiyərələr çəkin

Naşi yazarların üstlərində Raşit - Mən

Yaxşı, Köpək balığı ağzın açar düzər kanta naxışı

Atar salto, üzər fanta naxışı

Haşa - uzaq durun, haşiyərələr çəkin

Naşi yazarların üstlərində Raşit - Mən


[Bənd 2]

Həkk elədim musiqiləri yazarların kitablarına

Oxusunlar başımı qatım, dirəşməyim ki day bunlarnan

Gecələr düşünürəm ki, xeyli sonra dinləyəcək pick-uplardan

Oğlüm məni orgənəcək kitablardan

(Sonra) qərara gəlib qarışdırdım ədəbiyyatla rep biliyimi

Ədəbiyyatımı xodlayan elə rep biliyidi

Yadıma gəlir Makar10 albomum çıxanda DMB idim

Amma hammı gəldi təqdimata, o vaxt rep bir idi

Repçi yaxşı proektləri alındırar asan

Əgər gündə xeyli məşq eliyib, demolar hazırlasa

Necə ki, uğur tapan musiqiləri yazan Şəhri yol yortub

Düz altı il avtobusla xırdalanla qafqaz-a

Ağır uşaqlıq keçirən gəlib biznən oynamasın

Ciddi işlər olan yerdə yoxdu siznən oynayasım

Mən başqalarını bilməm ama

Bir də bizimkilərə soxuşdurma ginən rep adıynan oyun havasın


[Nəqarət]

Yaxşı, Köpək balığı ağzın açar düzər kanta naxışı

Atar salto, üzər fanta naxışı

Haşa - uzaq durun, haşiyərələr çəkin

Naşi yazarların üstlərində Raşit - Mən

Yaxşı, Köpək balığı ağzın açar düzər kanta naxışı

Atar salto, üzər fanta naxışı

Haşa - uzaq durun, haşiyərələr çəkin

Naşi yazarların üstlərində Raşit - Mən