Təkər

By Xpert

On Makar10

Released on March 25, 2012

Thumbnail

[Giriş: Xpert]

Yo, yo, yo, aha

Synaps, Synaps, aha

Makaron, X, B.I.Z..

Mən...


[Bənd 1: Xpert]

Mən ölümdə rep deyirəm axı

Mən öləndə rep deyin ağır, sora mollanı çağır

Təkəri buraxıb, tək əllə qulağın çıxarıb dilinə taxın

Yıxılın yatağa gec olar, boş ver keç olar xoşlayır tərifi

Heç olar?! Qoş desin fonoqram, qoşmasa necə olar onsuz?

"Qoş deyim nə olar olar" bax busunuz!

Montaigne, La Fontaine

Repdə də Kool Shen gəncin küçə təhsili

James Watt-ın gücə təsiri kimi

Mənim albomum ülgücə kəsilmir

Girişdin siyasətə butulkalar padvalda səni gözləyir

Götür qoy elə qardaşın qızılı xırdalayır, söz deyir a

Gözləyim görüm düz deyir, ya susum imkan ver döz deyim

Heç kimi almıram ancaq öz dediyimdir

Arxı keçməmiş hip-hopbanma

Beat topdan mal bizdən, feat onlarla

Albomuva girib çıxsam hit olar da

Ghettolarda yəhudilər olur sən ged onlarla

Düşürsə damarına, çəkib qan alıram, qansızlara vururam qalanını

Sənə qalansa Badamlıdı

Yekə baş elə gəzir guya adam budur

Manısvari, çitkalarla keçmək istəyən Şəhriyarı

Şəhri Xpertdi, beat də yarı

Bunu belə bil

İxtiyarı kimin var ixtiyarı kimin gəlib iddialı kimi bitdi yarı kimin?

Synaps sondu

Bizə oxşadana "Synapsfasondur" damğası, dağ basım

Baş daşı dərəbəyə dağ başı, rep demə get daş daşı


[Nəqarət]

Təkər, təkər...

Təkər, təkər...

X əsgərdə, sən təkərdə

Sən evdə, o səngərdə

Təkər, təkər...


[Bənd 2: İstiqlal]

Təkər, təkərləmə, təkərləsən doldur

Təkərləmən səndə iki qoldur

Səndə iki yoldur

Üzdən maska çoxdur bilin, bizdən azka çoxdur bilin

Səbəb yoxdur getmək, Moskov ilin hər ayında

Təkərə düşdün ayılda, lyuka düşdün bayılda

"Uçaskovu" çıxartdı, Yasamalda mal basdı

Cibimə indi gedirəm həbsə qandalla

Üzüklərin əfəndisi deyiləm amma Gandalfam

Qadoy alım təkərə düşmə pisdir

Havalar indi pisdir

Qış keçir, it kеçir, heçnə demir karvan

Karıxdım, təkərə girdim 700-lük balla, litrlə

Trekdə qamçıladı Samiro

Gözümə dəyir çox "hеro"

Çox qürur qudurdu, qudurdu

Çaqqal mən, ağsaqqal sən

Atalar nə deyibsə doğrudur

Get də başım ağrıyır

Mübarək bardaş qurub ağlayır

Üsyanımda üsyanım var, özünü sayan Van Damme

Təkərə düşdü damdan, damdan

Göl kimi, havlan, havla, it kimi, it kimi

Geri verməz müharibə, bizdə mübarizə, istəyə fəsd daxilən

Endirimli paketdi bu Ekspert, və mən də daxiləm, daxiləm

İçivi yeyir qurdlar indi mən saldım, mən aldım

Bin Ladenin bandası, qoy Obama çatlasın

Siyasətdə kino-komediyası, semiçkasını ver xalq çıtlasın

Makaron bişir mənə ver qara çörək

Hara çevirək?

Kanalı, kanalda ban olan bannerim qazanmır bos üçün

Damardan qan alır, makaron qazana sos üçün

Öz üçün

Yekəbaş elə gəzir ki, elə bil Grand-vaza

Underground qazır, vo-vo, vaxtı hazır

Kim ki qazır, qazanın dibini qazanır

TV-dən yığışdırın babanı

Sözlə danışmaqla deyil

Real hip-hop hanı?!