İynə 2

By Xpert

On Makar10

Released on March 10, 2012

Thumbnail

[Giriş]

Yo, B.I.Z

Kafkas Klan

Xpert, Rappsychopat

İynələ, iynələ, blet...


[Bənd 1: Xpert]

Explorer işlədin açmaz Opera işləmir

"Aç yaz" dedilər kor şair kimi

Homerə bənzər sözlərim monoton

Marafon amma çatmaz mənə Kolera

Tək deyiləm, səs-səsə versək xor

Elariz oxudu Bakı bağları, ta ki Bakı ağladı əlimizdən qan...

Qaçacam burdan acından ölürəm

Nazir dəm vursun neftdən, puldan, paradan

Yapışın balağından Obamadan "Kömək elə"

Dərdi qara qızın, yükü qara qızıl

Tükü qara quzu, əti var bunun

Amma buzu əridib hara duzu səpim?

Qonşunam sənin, bişirim mən gəl təpin

Haqq-hesab dəqiq, mən həndəsə, mən cəbr

Məncə bir çarəsi var, sən çəkil

Sərt çəkir, böləcəm pislə yaxşını

Dinmə sən, qoyacam sistemə sistem, girəcək iynələr

Soxmağa çoxdur burun ətrafda hər işə

Dəyişək, inkişaf edək, qabağa gedək, şişək

Versin salam, əl uzatsın, baş yellədək olaq eşşək

Sənin kimi...


[Nəqarət: Ramires]

İynəni iynə, iyi iynələ

Yaxavı düymələ, yoxsa iyi gələr

Mobb-u Deep-lə, Jay-i Zip-lə

İç və Busta Rhymes, Fifty də cibdə

İynəni iynə, iyi iynələ

Yaxavı düymələ, yoxsa iyi gələr

Mobb-u Deep-lə, Jay-i Zip-lə

İç və Busta Rhymes, Fifty də cibdə


[Bənd 2: Ramires]

İynə iki, durub diki

Bas topu get ya da qoş mühərriki

Üstü bəzək, altı təzək

Yan keçək ya da ki bastalayıb əzək

Çayxana mədəniyyəti şeş-beş

Məmur otağında yalvar X5

Zəncirli "ponyatka"ları cır, deş

Tarixi eş, alarsan beş

Gic-gici, özü suçu, üzü biçi

Qulaq yox, ayaq arasında göstərici

Hər kərpic binanın dəyərsiz

Ustası, memarı kimi şərəfsiz

Mənasız həyat, maşın və pul

Gangster, avtomat və sevgiyə qul

Çöldə xoruz, evdə əlləbazdıq

Budurmu repçinin həyatı? Yazıq


[Nəqarət: Ramires]

İynəni iynə, iyi iynələ

Yaxavı düymələ, yoxsa iyi gələr

Mobb-u Deep-lə, Jay-i Zip-lə

İç və Busta Rhymes, Fifty də cibdə

İynəni iynə, iyi iynələ

Yaxavı düymələ, yoxsa iyi gələr

Mobb-u Deep-lə, Jay-i Zip-lə

İç və Busta Rhymes, Fifty də cibdə