Guerrilla

By Xpert

On Akula

Released on August 10, 2013

Thumbnail

[Bənd 1: Xpert]

İllər öncə bir neçə üləma USA iti

Şəhid evində yolunan saç dinamit üçün fitil

Allah, səni inkar edir nəzəriyyələri cahilin

Onlar hələ də hesab edirlər, Darvin dahidi

Zavodlar məni əridir, bacalardaki tüstüm

Kapitalizm arzularımı qızıl qəlibə süzdü...

Brendlərin yarışmasıdır bu, “kim kimdən üstün?”

Cəhənnəmdə yananların parıldasın büstü

Acından ölən Gəncə ultimatum “Azzar”

Dinim hər gerilədikcə adına damğa basar

Bir tərəfdə bu saqqallı dar balağlı dazlar

Bu biri yanda svetafordan adam asarsa farslar

Əsgər qanı flakondadı, qalaktikadı paqonlar

Bircə imza atsa vərəqə, meyit dolar vaqonlar

Getmək səcdəyə çətindir, onurğamızı qırıblar

Beldə AK 74, X dağda Guerrilla


[Nəqarət: Luter]

Ey insan oğlu, günəşin sönür üzü zühura doğru

Xəmiri çiy südlə yoğrulubdu ki

Özgə qanını içib öz qanında boğulub

Ey insan oğlu, günəşin sönür üzü zühura doğru

Xəmiri çiy südlə yoğrulubdu ki

Özgə qanını içib öz qanında boğulub


[Verse 2: Xpert]

Görmədiyimiz hər kadrda 3 gözü var, “Blade”-in

Sonsuzluğa yol açırmış cins şalvar, n'eynim?!

Geydirmədi “made in China”, sanki kəfəni meyitin

Süqut eləsin fərziyələri Ziqmund Freydin

Allah! qəlbimizdə həkk olunub qalsın...

Müşkül bir işdir məncə, kəşfi kimidir Marsın!

Bıçağı soxub dibinə qədər döş qəfəsimi yarsın

Orqan mafiyaları mənim qəlbimi axtarsın!...

Mentalitet qurbanları girib netdə gicdər

Baş monitor qoldan keysə qoşub neşdər...

Keçid dövrü deyilir buna keçə bilsən, keç də

Biz keçmişi unutmuruq, unutdu keçmişlər

Bizi, yerə atıbsa dizin

Avropadasa, hər bir ölkə bir qırağıdı, bezin

Hardaydılar olmasaydı yanacaq, qaz, benzin?

Sizin, bizim söhbəti yoxdur, hər şey kapitalizmindir


[Nəqarət: Luter]

Ey insan oğlu, günəşin sönür üzü zühura doğru

Xəmiri çiy südlə yoğrulubdu ki

Özgə qanını içib öz qanında boğulub

Ey insan oğlu, günəşin sönür üzü zühura doğru

Xəmiri çiy südlə yoğrulubdu ki

Özgə qanını içib öz qanında boğulub