Goodfellas

By Xpert

On Qassab

Released on May 4, 2015

Thumbnail

[Bənd 1: Drek]

Öldürmək istəsələr də ölkədə rap'i

Bu bölgədəki rap kölgədədi

Hələ amma sağdı

Birdə ağlı kəm olanlara gələ bilməz elə maraqlı

012 - şəhərimin kodu

Küçələr məkanımız, uyğun deyil "dress code"un

Elə test bunu

Kimi text tutub anlayar, çünki biz də fanatıyıq elə West Note’un

Bu oyun deyil, oyun bağçada olur

Bax çatan olar

Qabın, bax çatlaq olar, sirkə tünd olsa

Demə nolsun?! Olsun!

Fəlakətdir, əgər tərzin dinləyəni yorsa

Bizi dinləyir bütün bu yarımada

Synaps - kombayn bu rap tarlada

Qulaq asır kasıb, həm də varlı da

Çünki musiqimiz ayırmır kasıbı varlıdan


[Nəqarət: Luter]

Rap yeraltıdır yer üzündə

Saxta təbəssümün üzündən

Gülüb ayaq altı qazarkən

Nə qədər cəhdin alınmadı, düzün de

Rap yeraltıdır yer üzündə

Saxta təbəssümün üzündən

Gülüb ayaq altı qazarkən

Nə qədər cəhdin alınmadı, düzün de


[Bənd 2: OD]

Ətrafımda həminkilər

Sənin içində həmin killer

Beyninə kərkindilər

Dağılır içindəkilər

Gedənə gələnə dərs olsun

OD'un bu "fast flow"su

"Калонка"dan tonlarla qulaqlarına səs dolsun

Biz sərti idiksə, biz sərt idiksə

Diss sərirdin indiyə sən, diss dərd isə

Oğraş gecə şəbxunları heçə sən tulladın

Boş baş edib dəb bunları necə də korladı

"Nizamülmülk"dür mənim siyasətim

İzafi igidlik istəyir yanıma ziyarətin

Pul qazanmaq üçün sənin gecə alətin

Qafiyə yox dodaq satmaqdı ticarətin

Rap da bir bağça, onda "Ganja"dı parça

Biz doldurağ ancaq bura, tüstü basar baca

Bu düstur da asan deyil

Susdursan da meyil

Düz qursan da feil, üz vursan da


[Nəqarət: Luter]

Rap yeraltıdır yer üzündə

Saxta təbəssümün üzündən

Gülüb ayaq altı qazarkən

Nə qədər cəhdin alınmadı, düzün de

Rap yeraltıdır yer üzündə

Saxta təbəssümün üzündən

Gülüb ayaq altı qazarkən

Nə qədər cəhdin alınmadı, düzün de


[Bənd 3: Xpert]

Mənim track'lərimə respect atır atam

Avtomatam, Makar dadan, mərmilərim Jakarta’dan

Birdə nə işlə məşğul olduğunu bilmədiyim

Küy salan track'lərimi ortamında döndürür küçük

12 manata klip çəkdim Xperti çağırdılar TTM'dən

Gəlirəm БТР'nən

İxtisas - müəllim, ancaq diplomları yığmamışam yerdən

Ədəbi dildə rap yazıram, RAM dağılır DDR'də

Neynə, tük üzümdə üzüm təngi, meynə

Uzan saqqalımın kölgəsində salxımları çeynə

Sonda pənah gətirmisən Synaps'ın döşəyinə

Öz xoşunla oturmusan Şamanların şeyinə

Ən xod gedən MC'lərin hörməti nəydi?

Çoxsunu öz həyətində sayan yox idi, gör nə deməydi

Mən şairlər, dərvişlər tıxdım

Hələ də varsa mənim yemədiyim MC'lər, deməli köhnə yeməkdi