Gemodez

By Xpert

On Makar10

Released on March 3, 2012

Thumbnail

[Bənd 1: A4]

Yo

Kütlə fərqsiz, manqurt dərisiz

Küçədə fərqlənmir ərli, ərsiz

Tək biz, çirkin ördək balası kimi seçilən kütlədən

Kütlədən üstün məndən, "mə" demədən

Niyə sayılır rütbədən?

Dəbdən fərqlən, əqlən, nəqlən

Çatdırılan mesajı almaq üçün tut sətraltı mənanı

Demə niyə soxdu hənanı

Verilməli olan pay mənə

Deyənlə can yoxdu tay mənə

Gözlər bağlı, hər gün haqlı

Dinləyərkən bədlərdəki kökə yağlı

Dörd ayaqlı, ikən lazımdı onların köləsi

İt, işlət ağlı, diş və sağlıq


[Bənd 2: Xan]

Söyənlər də tapılacaq, hətta gülənlər də

Mən heç nə gözləmirəm ki, ona-buna girənlərdən

Elə bax buna görə də sayılmamağa məhkumsan

Çünki heç nə bilmirsən və öyrənmirsən bilənlərdən

Nə qədər əsəbi olsan, nə qədər kinli olsan

Nə qədər tünd olarsan, sirkə öz qabın dağıdar

Quru ota od qalama ki, bəlkə yaşı da yandırarsan

Məncə bu qədər səfeh düşüncənlə qaralama ağı da

Ətrafımda zıngırovlu bir neçə baş bomba oğlan

İnək sürüsü... Möhür olsun

Rep alına damğa olsun

Mənim indi dinləyicim var, verir dəyər ağla

Sən özüvə çətir al, mən ömrümü yağıram


[Bənd 3: İstiqlal]

Həqiqət qışqırmaqdan dildə çıxıb pres (mozol), şansı

Pres çəkər məni məhz doğru, özüm boğur, oğru

Yoğur həqiqətin xəmirini, məmurun qızılını, alternativ dəmirimi

Qızdırım dağ basım, mən asi

Kütləvizə də bir qoz

Diktəvizə də Corc Buş

Titr yazır: bölgədə qış yoxdur, bitir yazı

Səfərə (Zəfərə) yönəlsə pul ayırır

Afrikadasa pul sayılır quru bədəni

Hamı piyan, hamı bayılır

Şanlını şansız etdiz

Qanlını qansız etdiz

Ölümlərdə ayır-seçki var axı

Biri bayram və göz yaşı, fərqə baxın

Həyatımda vərdişim kimi sona yaxın


[Nəqarət: Naqan]

Sən mənə göstər hardadır doğru?

Qorxudan səsi boğulan haqqın məğlub

Bu yolda axıdıb tər, keçir ələk-sorğu

Yorğun oğruların üçün hanı əsas məfhum?

Sən mənə göstər hardadır doğru?

Qorxudan səsi boğulan haqqın məğlub

Bu yolda axıdıb tər, keçir ələk-sorğu

Yorğun oğruların üçün hanı əsas məfhum?


[Bənd 4: Xpert]

Siz sındırdığınız sistem ancaq gemodezdir

Bakı qız azdı, çox lezdir

Rəqibim Joe Frazier

Neft buruğu - Geyzer qoruğu kimidir

Yox oldu oil, where is the... oğru kimi idi?

Zəncirləri qıram-qıram deyən indi şıram-şıram içərdə

Keçmişini unutmaq üçün içənlər

Sən içmədən dəm olmusan, gicəllən

Şah olubsan, nağıllarda keçəllər

Məni də yəqin seçərlər

Körpü sonuna qədər ayıya dayı demək

Zorla özgə payı yemək

Çoxdur bölgə sayı demək

Hamı Bakıya axışsın

Damın quraq yaxşısın, center-in

Sizdə basıb entеri

Mənə SMS göndərin


[Jay Meel]

Qarşılayın, Xpert

SMS nömrəsi 59 56