Basat VS Təpəgöz

By Xpert

On Akula

Released on October 20, 2013

Thumbnail

[Bənd: Xpert]

Xeyli əski zamanda

Vardı bir dağ dumanda 

Aşağısında balaca kənddi çoxdu orda qalanlar 

Biz bu kənddə bezpridel hadisələr görmərik

Təsərrüfat və mal-qaradı məşğuliyyət gündəlik

Sakit əsər külək burda sakit axar zaman

Ən ağır iş tapmaq olar mal-qaralara saman

Səssizliyə baxma çoxdu qəribə hadisələr

Bir gün kəndə Basat adında Oğuz igidi gələr

Şir ürəkli bu cavan oğlan həm də əsl pəhləvan

Tacirdi, diyar gəzər satar qılınc-qalxan

Nəysə kəndə çatır

Bir-iki silah satır 

Neçə günlük yol yorğunu yıxılır orda yatır

Səhər kimsə çığırır

Çadırın önünə yıxılır

Basat yuxudan oyanır, tez alaçıqdan çıxır

Öyrənir ki, yaxın dağda bir Təpəgöz var

Hər səhər bu kənd əhlin ətin eliyir nahar

Basat deyir: "Adam əti yemək hansı qəlbə sığar?

Əsəbləşir, atına minir, tez çapır dağa

Gəlir görür burda qan sel-su yerinə axır

Təpəgöz indi çobanı yeyir parçalıyıb naxırı

Basat əl atır torbaya bidənə ox qoyur yaya

Atır, amma divə dəyir düşür div elə bil ki qaya

Elə ki, çönür, Təpəgöz baxır, Basatı görür

Tutur bunu gic gülmək, xeyli gülür

Sonra birdən qaşın çatır, igidi edir seyr

Əyilir ki, yaxşı eşitsin qəzəblə deyir


[OD]

Ə, Məlikməmməd


[Xpert]

Ə, yoo Basat


[OD]

Hər nəysə onnan

Sənin kimi biri keçirdi burdan

Dedi dəymə kəndimə

Doladım kəndirə, basdım təndirə, ha, ha, ha, ha!


[Xpert]

Mənə bax, ə div

Bu kəndli nə istəsən verib

Parçalıyar qılınc beyni alnından girib


[OD]

Ə, get, di ağıllı ol

Divin ölməyi nağılda olur

Kənd əhlini hərləmə çox

Qoyun doğur, naxır dolu


[Xpert]

Çox da yaxma, orda görürəm üçbucaqdı daxman

Atan, baban evmi görüb?

Hamısı düşüb dağdan


[OD]

Çox da mənim vecimə deyil, xod getməyə baxmam

Üçbucaq dediyin o ev kəllə doludu, axmaq


[Xpert]

Həə, uzun sözün qısası

Vardır səndə qisasım

Kəndə xəbər yayılıb hələ ki Təpəgöz orda qız asır


[OD]

Hər dəfə üzə vurma tək gözlüyəm

Talpavı yığ gəl, Təpəgöz tək gözlüyər


[Xpert]

Gəl keçək qırağa, görək kim tez özünü buraxar?

Boyuma baxma, Basatın önünə durmalısan farağat


[OD]

Görürəm ürəklisən balaca gəl içəri keçək

Qızlar odunu qalasınlar oturaq bir çay içək


[Xpert]

Aha, gəl keçək