Başımın bəlası

By Tural Davutlu

Released on June 17, 2024

Thumbnail

Bənd

Səni sevirəm kim olur heyaranım olsun mənim

Təki yanımda hər zaman sol yanım olsun mənim

Səndən uzanmaram mən qoy canım olsun mənim

Gözlərinin fədası ay başımın bəlası

Nəqarət

Sənsən ürək parası ay başımın bəlası

Gözlərimin qarası ay başımın bəlası

Tut mənim əllərimdən bir azdan güc ver mənə

Səni sevirəm qadası ay başımın bəlası

Bənd

Birgə qədəm qoymuşuk hər ikimiz sevgiyə

Sadiq olduq hər zaman həyatda biz sevgiyə

Əgər xəyanət etsək biz bu təmiz sevgiyə

Ayrılıqdı cəzası ay başımın bəlası

Bənd

Gül gülər üzlüm mənim həmişə görüm şən səni

Qısqanıram həyatım özümdə hərdən səni

Min dəfə qısqan məni acılamaram mən səni

Can başımın bəlası ay başımın bəlası

Bənd

İncimərəm sevgilim dilindən heç vaxt sənin

Əllərin ayrılmasın telindən heç vaxt sənin

Çəkmərəm əllərimi mən əlindən heç vaxt sənin

Uzun sözün qısası ay başımın bəlası