Ehtiyacımsan

By Tünzalə

Released on November 12, 2021

Thumbnail

[Bənd 1]

Bir otağın içində o baş-bu baş

Yeridim, gah qaçdım, gah dayandım

Gah da yavaş-yavaş yeridim

O qədər fırlandım ki, göyün başı hərləndi

Elə ah çəkdim, yazıq buludlar zəhərləndi

Nəhayət, göy öyüdü, gurultular qarışdı

Buludlar qusdu, hamı elə bildi

Hamı elə bildi, yağışdır (yağışdır)

Taxta skamyalarda islandı kimsəsizlər

Narahat yuxusundan oyandı kimsəsizlər

(Daha, daha) Daha ağrılarıma başqa çarə yoxdur

Sənsiz bu evin içi çölündən soyuqdur

Amma kimə deyəsən, kim anlayar bu halı?

Nə bilsinlər?

Min ildir, qurumur əl dəsmalım


[Nəqərat]

İndi mənim dərdimə sən əlacsan

(Tək əlacsan, bir dənəm)

Birinci və sonuncu ehtiyacsan

(Ehtiyacsan, bir dənəm)

İndi mənim dərdimə sən əlacsan

(Tək əlacsan, bir dənəm)

Birinci və sonuncu ehtiyacsan

(Ehtiyacsan, bir dənəm)


[Bənd 2]

Qəfil döyüldü qapım, şeirim qaldı yarımçıq

Çöldə bir dəstə adam qışqırdı ki: “Çölə çıx”

İlahi, mən neyləyim, gizlənim, ya bağırım?

Qonşuları çağırım, yoxsa polis, polis çağırım?

(Salam, bağışlayın)

(Mən bayaq bir cinayət işlədim)

(Fərqində olmayaraq)

Axı bu kimsəsizlər dadanıblar canıma

Nə olar, polis göndərin təcili ünvanıma

Bu evdən çıxmayalı çöldə dəyişib həyat

Aman Tanrım, polis də geyinərmi heç ağ xalat?!


[Nəqərat]

İndi mənim dərdimə sən əlacsan

(Tək əlacsan, bir dənəm)

Birinci və sonuncu ehtiyacsan

(Ehtiyacsan, bir dənəm)

İndi mənim dərdimə sən əlacsan

(Tək əlacsan, bir dənəm)

Birinci və sonuncu ehtiyacsan

(Ehtiyacsan, bir dənəm)

Ehtiyacımsan

Ehtiyacımsan

Ehtiyacımsan

Ehtiyacımsan