Xəzinə

By Tibu KM

Released on June 18, 2018

Thumbnail

[Bənd 1]

Yenə yuxuma girirdi amfetamin

Qara göz altılar, azdır hemoqlobin

Çöldə isti hava, içim soyuq komin

Yenə bədəndə çatışmır serotonin

Mən məhəbbət üzünə örtüb fata

Təxmini keçən il bu saatda

Mənim ürəyimdə sürünürdü adam

Sevgi barədə sual vermə, madam

Dinləyici seçmir ağı qaradan

Döndəriblər repi şou parada

Evinə aparmırlar bir qəpik belə

Bunlar necə yazırlar axı pul-paradan?

Bu parçalar düşmür hit parada

Bu “punch”ları anlayar xiridarlar

Mənim mahnılarımla rəqs eləmək olmur

Tibu istəməz olsun Ramil Nabran

Yenə qışqıra-qışqıra eşidir “mic”

Yenə kirli palçığa batacaq “Nike”

Gecə ağlaya-ağlaya yazdığım trek olub

Bunlar qoyub dinləmədən “like”

Bu məmləkət şeriyyat qanmır

Anlamır yaşamağı kitab yükü ilə

Nəsiminin Ələkbər Sabirin

Kitabının vərəqləri ilə qutab bükürlər!

Bu sanki sonuncu gündür

Beyninə dirənib sonuncu güllə

Beş günlük həyatım eyni zibildir

Fərqlənmir beşinci birinci gündən

Aparıb göylər onu

Mən də istərəm qanadla göydə olum

Mən tanımıram sizin ulduzlarınızı

Mənə görə ulduzlar göydə olur

Eyni saydadır damı quşların

Göydə görünmürdü göy qurşağı

Qalırdım 4-cü mərtəbədə

Mən atdım arzuları 4-dən aşağı

Dəyməyin bizə biz hələ uşağıq

Maksimun səslə bir mahnı qoşarıq

Hər hündür səhnədə gözlərim yumulur

Mən baxmıram yuxardan aşağı


[Bənd 2]

Yenə ancaq yuxular olur əlvan

Mənə xoşbəxtlik diləmə, dilə şəfa

Əgər mənim treklərim sizə dərman

Deməli düz gedir uğura gedən karvan

Necə beynim sızılır vərəqə həkk

Yenə hamıya qarşı vuruşuram tək

Gecə güzgüyə baxanda ağarır rəng

Çünki sağlam ayətə yollarım ləng

(yollarım ləng) Əldə qullam

Nə qazanmışamsa əlhəmdülillah

Mənim ciblər boş, beynim pullar

Sanki gəlir xoş elektirik stullar

Rep ayıq deyil, rep ancaq otdur

Rep “under” dеyil, rep artıq moddur

Mənim treklərim maşında “полный” xodda

Amma mən yenə gəzirəm Rüstəmovda

Mən ölməyə bəlkə də layiq MC

Sənin ustadın dəlidir, kumirin psix

Mən yaxşı insanları tamam əksi

Mən son ayda olmuşam paralеksik

Qəddar insanlarda yoxdur insaf

Hər dam köhnə keçmişə bir misal

Hər an yazanda oldum ayrı insan

Hətta bir misra etmədim israf

Bu sonuncu bəlkə də gördüyüm “cover”

Cəhənnəmə məni aparır şofer

Sevdiyim qız mənim xoşlayır kofe

Mənim isə damarıma qarışır morfin

Yol ver, bütün həddi aşaraq

Arzularım uçur başı aşağı

Ən hündür zirvədə gözlərim yumulur

Atıram özümü həzin axşamı