[Bənd 1]
Hasarlar arxası keçibdir illərim
Oğurluq elədim, nə vaxt ki dirəndim
AKA alnıma dirənib
Vurdum haqqıma girəni
Qandal biləyə bilərzik
Biz nə qədər gülərüz
O qədər işimizdə tərsik
Var bir az da tərslik
Mənə çatacaq əmanət əskik
Elədik bu gecə soyğun
Dalımca danışanı əzdik
[Nəqərat]
Mən olan yerdə olmur neytral
Ehtiyac yoxdur adımıza reklam
Mənlə olana açıqdır sektam
Hara kimi azrep
O qədər əlimdə hektar
[Bənd 2]
İntiqam havası var avazında
Fərq var başla baş arasında
Amma fərqi yox yaş arasında
Ölüm də gözlə qaş arasında
Mə-mə-mə-mələklə şeytan təmasında
Şərqlə qərbin astanasında
Qorxulu insanı qorxudan insanın
Qorxu görmüşük simasında
[Keçid]
Eşit! Məni sənə kim məsləhət gördü?
Bizim işıqlar gündüz yanmır
Bizim işıqlar gecələr sönmür
[Bənd 3]
Baxıram ətrafa buralar Bombey
Hələ ki bu son deyil
‘’Okay’’, dostunu satdınsa
Get, get əyninə don geyin
[Nəqərat]
Mən olan yerdə olmur neytral
Ehtiyac yoxdur adımıza reklam
Mənlə olana açıqdır sektam
Hara kimi azrep
O qədər əlimdə hektar