[Bənd 1]
Tək otaqda qaldım
Pərilərə gəlmədi ilham
Bədənimin 10 faizi qan
Onun elə yarısı da çirkab
İçdim su neçə qurtum
Əlimi, üzümü yudum
Gözümü yumdum
[Nəqərat]
Mən ilk dəfə elədim dua, dua, dua
Mənim içimdə var bir sual, sual, sual
Tək hava, od, torpaq, su var, su var, su var
Mənim əllərim saçırdı şüa, şüa, şüa
[Bənd 2]
Gör necə dahi ilahi
Gör o nələrə mahir
Bakı boz rəngdədir ta ki
Lakin tən yarımız bizim cahil
Ola-ola bu qədər sakin
Biz həqiqətə baxırıq lal kimi
Uca Tanrım hər şeyə şahid
Haqsızlığa susuruq sakit
[Nəqərat]
Mən ilk dəfə elədim dua, dua, dua
Mənim içimdə var bir sual, sual, sual
Tək hava, od, torpaq, su var, su var, su var
Mənim əllərim saçırdı şüa, şüa, şüa