Yaşa

By Talıb Tale

Released on December 4, 2021

Thumbnail

[Bənd 1]

Bir gözəl mənzərə gözdə

Keyfimdə öz yerindədir

Əhvalım dayazda üzdə

Fikirlərim dərindədir

Bir qədəh şərabın meyi

Bir az başımı hərlədir

Bizə əyləncənin heyi

Kimisi qəm kədərdədir


[Nəqarət 1]

Bəzən düşmürük heç başa

Bu dünya həyat belədir

Dövranını xoş sür yaşa

Ömürdən gündən gedir


[Bənd 2]

Gəzirəm sevgi bağında

Gözüm də bir gözəldədir

Arzuların qucağında

Yaşamaq eşqi mənlədir

Düzdü taleyin qisməti

Fələyin düzənindədir

Ömrü mənalı yaşamaq

İnsanın öz əlindədir


[Nəqarət 2]

Bəzən düşmürük heç başa

Bu dünya həyat belədir

Dövranını xoş sür yaşa

Ömürdən gündən gedir