Səbr Elə

By Talıb Tale

Released on April 7, 2020

Thumbnail

(Bənd)

Həyatin çox çətin anları var

Yolunun eniş yoxuşları var

Soyuğu boranları qarı var

Hər qışın sonda bir baharı var

(Bənd)

Sevgidir nurlu ümid yolumuz

Tikanlı olsada sağ solumuz

Həyat oyunundaki rolumuz

Qovuşan iki aşiq sonumuz

(Nəqarət)

Bir azca səbr elə canım mənim

Qarşıda sənlə gözəl günlərim

Arzularım çox inamım mənim

Sənə bağlı bütün ümidlərim

(Bənd)

Belədir qış dalınca yaz olar

Pis günün ömrü dedilər az olar

Durular sular bulanmaz olar

Qara günlər ağ bəm-bəyaz olar

(Bənd)

Bu həyat mənalıdır, deyil boş

Mənzil xoş olar niyyətimiz xoş

Könlümüz olsa eşq ilə sərxoş

Keçəcək birgə illərimiz xoş

(Nəqarət)

Bir azca səbr elə canım mənim

Qarşıda sənlə gözəl günlərim

Arzularım çox inamım mənim

Sənə bağlı bütün ümidlərim

(Bənd)

Gün gələr bu dərdlər bitər gədər

Səbr elə yarım mənim səbr ele

Arzu dileyimiz olmaz heder

Xoş günlərini qarşıla hədəf

(Bənd)

Üzülsə ümid ürək üzülər

Səbr elə canım mənim səbr elə

Bəxtimiz taleh üzümüzə gülər

Başlayar xoş həyat innən belə

(Nəqarət)

Bir azca səbr elə canım mənim

Qarşıda sənlə gözəl günlərim

Arzularım çox inamım mənim

Sənə bağlı bütün ümidlərim