Narın Narın

By Talıb Tale

Released on January 1, 2016

Thumbnail

Nə gözəl gün bu gün, təbiət könlüm açır

Sevgi dolu qəlbim, yenə səni danışır

Cingildəsin qulaqların, cingildəsin qulaqların

Sevgim coşub daşır, sellər sular kimi

Budaqları sarıyan sarmaşıqlar kimi

Məni sara qolların, məni sara qolların

Yadıma düşmüsən yenə narın-narın

Səni xatırladır qoxusu bu baharın

Çırpınır sinəmdə bu eşqin həyəcanı

Yenə də səninəm, yenə sənin yarın

Çin olar arzular nə keçir qəlbindən

Qovuşunca biz yenə gülüm sevincimdən

İslanar yanaqlarım, islanar yanaqlarım

Dağlar qərib qalar, olsa duman çənsiz

Biləsən, sevgilim, səndən ayrı sənsiz

Nələr çəkir bu yarın, nələr çəkir bu yarın

Yadıma düşmüsən yenə narın-narın

Səni xatırladır qoxusu bu baharın

Çırpınır sinəmdə bu eşqin həyəcanı

Yenə də səninəm, yenə sənin yarın