[Bənd 1]
Keçən keçir yaşanmazki bir daha
Bu günümdən nə qalırki sabaha
Kimimizdən ucuz kimidən baha
Ömrümüzü zaman alır dünyada
[Nəqarət 1]
Dönən dönən zamanda nə şənəm
Ürəyimi nə hala salır dünyada
Gözəldi bu həyat bu dünya aləm
Heyifki insan qocalır dünyada
[Bənd 2]
Burax hər şeyi zamana vaxtına
Şahları məhrum eylədi taxtına
Nə yazılıb qismətinə baxtına
Kim alçalır kim ucalır dünyada
[Nəqarət 2]
Dönən dönən zamanda nə şənəm
Ürəyimi nə hala salır dünyada
Gözəldi bu həyat bu dünya aləm
Heyifki insan qocalır dünyada
[Bənd 3]
Bezmə belə həyat zövqü meyinnən
Ürək yorulmasın heç istəyindən
İnciy olma talıb bu taleyindən
Özün getsən adın qalar dünyada
[Nəqarət 3]
Dönən dönən zamanda nə şənəm
Ürəyimi nə hala salır dünyada
Gözəldi bu həyat bu dünya aləm
Heyifki insan qocalır dünyada