[Bənd 1]

Ah, ürəyim daş oldu

Şər mənə qardaş oldu

Sən ki gəlmədin

Kədər, qəm mənə yoldaş oldu

Gözlərim göz yaşı oldu

Ürəkdə savaş oldu

İstədim, bir unudam

Min cürə yaddaş oldum


[Nəqərat]

Gəl, qayıt, qurban olum

Açılsın əlim, qolum

Yenidən bu dünyada

Ən xoşbəxt qadın olum


[Bənd 2]

Keşməkeşli yol idi

Döngələrlə bol idi

Birində döndüm sağa

Sən demə, sol idi

Yaxşı axtaran tapar

Öz muradına çatar

Sevda çətin olsa da

Birdir Koroğlu, Nigar


[Nəqərat]

Qayıtdın, qurban olum

Açıldı əlim, qolum

Yenidən bu dünyada

Ən xoşbəxt qadın oldum

Qayıtdın, qurban olum

Açıldı əlim, qolum

Ən xoşbəxt qadın oldum