Yalan

By SEAZ [AZE]

Released on June 23, 2023

Thumbnail

O səni sevirəm deyən sözlərin yalanmış

O gözlərin mənə baxan dünyası yalanmış

Sözlərin yalanmış

Gözlərin yalan

Məni yandırdın baxa-baxa bildim dünyan yalanmış

O səni sevirəm deyən sözlərin yalanmış

O gözlərin mənə baxan dünyası yalanmış

Sözlərin yalanmış

Gözlərin yalan

Məni yandırdın baxa-baxa bildim dünyan yalanmış

Səni mən tanıya bilmirəm

Oynamaq tək istəyin, istəmirəm

Unutdum, çalışdım

Uduzdum, barışdım

O gündən bəri öz özümlə savaşdım

Hisslər nədir

Mənasını itirdim

Dumanlı ağlım heç cavab vermir ki

Mesajı yazıram

Yenidən silirəm

Ürək dolu söz tapa bilmirəm

O səni sevirəm deyən sözlərin yalanmış

O gözlərin mənə baxan dünyası yalanmış

Sözlərin yalanmış

Gözlərin yalan

Məni yandırdın baxa-baxa bildim dünyan yalanmış

Tək qaldım dörd divar arasında

Mən də tərk edilənlər sırasında

Tənha hisslərimlə baş-başa qaldım

Səni necə unudum, bacarmadım

Geriyə neyləyirəm

Demə ki, sevirəm

Səhifələr yazılıb

Əqrəblər dayanıb

Bax gör, sevgin məni nə hala salıb

Sənli anlar məni bu dərdə bağlayıb

Duyğularım mənə yetməz artıq

Cavab istiyirəm susma, danış

Sənin üçün bu bir oyunmuş anladım

Yalanlarını götür get, ayrıldım

O səni sevirəm deyən sözlərin yalanmış

O gözlərin mənə baxan dünyası yalanmış

Sözlərin yalanmış

Gözlərin yalan

Məni yandırdın baxa-baxa bildim dünyan yalanmış

O səni sevirəm deyən sözlərin yalanmış

O gözlərin mənə baxan dünyası yalanmış

Sözlərin yalanmış

Gözlərin yalan

Məni yandırdın baxa-baxa bildim dünyan yalanmış