Gedirəm

By Rüfət Mehdiyev

Thumbnail

[Bənd 1]

Gedirəm dünyamdan çox-çox uzağa

İşıqdan kor olan yarasa kimi

Gedirəm bir sönük, odsuz ocağa

İtirib beləcə son ümidimi


[Keçid]

Gedirəm, yolumdan sən qaytar məni

Bir zərif pıçıltı, bir baxışınla

Gedirəm, de sənsiz kim tapar məni

Yerindən ürəyim qopur az qala


[Nəqarət]

Gedirəm əlvida demədən, demədən gülüm

Bəlkə qayıdaram çağırsan məni

Gedirəm arxaya baxmadan, baxmadan gülüm

Bəlkə də axtardın bir zaman məni


[Bənd 2]

Gedirəm astaca ilk baharımdan

Gözlərim yollarda, qulağım səsdə

Gedirəm, bürüyüb yolları duman

Sökülüb ürəyim bir daş qəfəsdə


[Keçid]

Gedirəm, yolumdan sən qaytar məni

Bir zərif pıçıltı, bir baxışınla

Gedirəm, de sənsiz kim tapar məni

Yerindən ürəyim qopur az qala


[Nəqarət]

Gedirəm əlvida demədən, demədən gülüm

Bəlkə qayıdaram çağırsan məni

Gedirəm arxaya baxmadan, baxmadan gülüm

Bəlkə də axtardın bir zaman məni


[Keçid]

Gedirəm, yolumdan sən qaytar məni

Bir zərif pıçıltı, bir baxışınla

Gedirəm, de sənsiz kim tapar məni

Yerindən ürəyim qopur az qala


[Nəqarət]

Gedirəm əlvida demədən, demədən gülüm

Bəlkə qayıdaram çağırsan məni

Gedirəm arxaya baxmadan, baxmadan gülüm

Bəlkə də axtardın bir zaman məni

Gedirəm əlvida demədən, demədən gülüm

Bəlkə qayıdaram çağırsan məni

Gedirəm arxaya baxmadan, baxmadan gülüm

Bəlkə də axtardın bir zaman məni