Released on August 29, 2010

Thumbnail

[Bənd 1]

Qaranlıq gecədə yağan yağışım

Sil bu ürəyimin eşq acısını

Görürsən, yenə də tənha qalmışam

Mən kimə söyləyim, unudulmuşam?

Qaranlıq gecədə yağan yağışım

Sil bu ürəyimin eşq acısını

Görürsən, yenə də tənha qalmışam

Mən kimə söyləyim, unudulmuşam?


[Nəqərat]

Mənim bu xəyallarım aldatdı məni

Sevgim dəhşətli bir röyaya bənzər

Sən gördün, yağışım, olub-keçəni

Gördün, bütün dərdlər mənimlə gəzər

Mənim xəyallarım aldatdı məni

Sevgim dəhşətli bir röyaya bənzər

Sən gördün, yağışım, olub-keçəni

Gördün, bütün dərdlər mənimlə gəzər

Yağ, tənha yağışım

Axsın göz yaşım

Axsın göz yaşım

Yağ, tənha yağışım

Axsın göz yaşım

Axsın göz yaşım


[Bənd 2]

Yağışım, mən səndən ümid istərəm

Bəlkə arzularım keçdi həyata

Boş qalan yollarda tənha gəzirəm

Bəlkə də, nə vaxtsa düşərəm yada

Yağışım, mən səndən ümid istərəm

Bəlkə arzularım keçdi həyata

Boş qalan yollarda tənha gəzirəm

Bəlkə də, nə vaxtsa düşərəm yada


[Nəqərat]

Mənim xəyallarım aldatdı məni

Sevgim dəhşətli bir röyaya bənzər

Sən gördün, yağışım, olub-keçəni

Gördün, bütün dərdlər mənimlə gəzər

Mənim xəyallarım aldatdı məni

Sevgim dəhşətli bir röyaya bənzər

Sən gördün, yağışım, olub-keçəni

Gördün, bütün dərdlər mənimlə gəzər

Yağ, tənha yağışım

Axsın göz yaşım

Axsın göz yaşım

Yağ, tənha yağışım

Axsın göz yaşım

Axsın göz yaşım