Qələbə

By Röya

Released on November 24, 2021

Thumbnail

[Bənd 1]

Dünyanı mehvərindən oynat, ordum mənim

Sənə yalnız zəfər yaraşır, yurdum mənim

Yumruğunu qaldıranda vurmaq üçün o sərkərdə

Sənin adın və taleyin yaşayacaq zirvələrdə


[Nəqərat]

Torpağı sevənlərin

Ərlərin-ərənlərin

Qollarında gəldi qələbə

"Can vətən" sözümüzün

Yol çəkən gözümüzün

Yollarında gəldi qələbə

Torpağı sevənlərin

Ərlərin-ərənlərin

Qollarında gəldi qələbə

"Can vətən" sözümüzün

Yol çəkən gözümüzün

Yollarında gəldi qələbə


[Bənd 2]

Bir ümidin qığılcımından yanan atəş

Bir gecənin qaranlığından doğan Günəş

Bir körpənin gülüşündən qanadlanan xoşbəxt arzu

Canlı torpaq, təmiz hava, həyat verən bir içim su


[Nəqərat]

Torpağı sevənlərin

Ərlərin-ərənlərin

Qollarında gəldi qələbə

"Can vətən" sözümüzün

Yol çəkən gözümüzün

Yollarında gəldi qələbə

Torpağı sevənlərin

Ərlərin-ərənlərin

Qollarında gəldi qələbə

"Can vətən" sözümüzün

Yol çəkən gözümüzün

Yollarında gəldi qələbə