Released on August 29, 2010

Thumbnail

[Bənd 1]

Bir gözəldir, adı Nazlı

İncə belli, xoş avazlı

Ürəyimin telli sazı

Bir həyatdır, şərabtək şirindir

Bir gözəldir, adı Nazlı

İncə belli, xoş avazlı

Ürəyimin telli sazı

Bir həyatdır, bir nağıldır


[Nəqərat]

Nazlı, bir incə baxışla

Sən mənə baxdın, yaxdın

Yandırdın qəlbimi, eşq oduna atdın

Nazlı, bir incə baxışla

Sən mənə baxdın, yaxdın

Yandırdın qəlbimi, eşq oduna atdın


[Bənd 2]

Arzulardır həyat verən

Kövrək, zərif hisslər ilə

Bir şərabtək dəysin dilə

Badələrdən eşq səsi gəlsin

Arzulardır həyat verən

Kövrək, zərif hisslər ilə

Bir şərabtək dəysin dilə

Sevgilərlə ürəyimdə


[Nəqərat]

Nazlı, of, bir incə baxışla

Sən mənə baxdın, yaxdın

Yandırdın qəlbimi, eşq oduna atdın

Nazlı, bir incə baxışla

Sən mənə baxdın, yaxdın

Yandırdın qəlbimi, eşq oduna atdın

Nazlı, bir incə baxışla

Sən mənə baxdın, yaxdın

Yandırdın qəlbimi, eşq oduna atdın

Nazlı, bir incə baxışla

Sən mənə baxdın, yaxdın

Yandırdın qəlbimi, eşq oduna atdın

Nazlı...