Released on August 29, 2010

Thumbnail

[Bənd 1]

Allah bilir, nə vədə

Həsrət buludu gedər

Yollar ayrı düşəndə

Günah yoxdur sevgidə

Necə ağır olsa da

Səndən yoxdur bir səda

Ümid yaşar, ölməyib

Bu dünyada...

Allah bilir, nə vədə

Həsrət buludu gedər

Yollar ayrı düşəndə

Günah yoxdur sevgidə

Necə ağır olsa da

Səndən yoxdur bir səda

Ümid yaşar, ölməyib

Bu dünyada...


[Nəqərat]

Zülmətin köksünü yandırar

Günəşin bir zərrəsi olaydın kaş

Məhəbbət qanadlı küləyə qoşulub

Ürəyimə dolaydın kaş

Qovub qəm-kədəri

Bir bahar səhəri

Sən qəfildən gələydin kaş...

Zülmətin köksünü yandırar

Günəşin bir zərrəsi olaydın kaş

Məhəbbət qanadlı küləyə qoşulub

Ürəyimə dolaydın kaş

Qovub qəm-kədəri

Bir bahar səhəri

Sən qəfildən gələydin kaş...


[Bənd 2]

Sənsizdir çölüm-dağım

Həsrətin mənim dağım

Nəfəsinə möhtacdır

Tənha qalan otağım

Gözü yaşlı arzular

Vüsal günün arzular

Mənim sənsiz dünyamda

Bir arzum var...

Sənsizdir çölüm-dağım

Həsrətin mənim dağım

Nəfəsinə möhtacdır

Tənha qalan otağım

Gözü yaşlı arzular

Vüsal günün arzular

Mənim sənsiz dünyamda

Bir arzum var...


[Nəqərat]

Zülmətin köksünü yandırar

Günəşin bir zərrəsi olaydın kaş

Məhəbbət qanadlı küləyə qoşulub

Ürəyimə dolaydın kaş

Qovub qəm-kədəri

Bir bahar səhəri

Sən qəfildən gələydin kaş...

Zülmətin köksünü yandırar

Günəşin bir zərrəsi olaydın kaş

Məhəbbət qanadlı küləyə qoşulub

Ürəyimə dolaydın kaş

Qovub qəm-kədəri

Bir bahar səhəri

Sən qəfildən gələydin kaş...


[Çıxış]

Mən səni gözləyirəm...