Released on August 29, 2010

Thumbnail

[Bənd 1]

Yaz gecəsi idi

Getdin göz qırpımında, eşqim

Getdin arzularımla

Röyalarımla, nağıllarımla

Əyildi qəddim

Soldum bir bənövşətək, eşqim

Uçdun mələklərimlə

Diləklərimlə, istəklərimlə


[Nəqərat]

Söndü həyat, dayandı aləm

Tükəndi qüvvəm, susdumu naləm?

Dondun dodaqlarımda

Xülyalarımda, duyğularımda

Bir bulud olub, dolub qalıb

Kövrəlmişəm mən, eşqim

İndi öz-özümlə mən

Tək bacarmıram, eşqim


[Bənd 2]

Açılmır səhər

Sənsiz ömür bir kədər, eşqim

Ucsuz ləpələr sonsuz

Səma ulduzsuz

Bulaqlar susuz qalıb, sızlayır

Könlüm od-alovlayır, eşqim

Leyli məhəbbəti üçün

Hər zərrəsi üçün, öz Məcnunu üçün


[Nəqərat]

Söndü həyat, dayandı aləm

Tükəndi qüvvəm, susdumu naləm?

Dondun dodaqlarımda

Xülyalarımda, duyğularımda

Bir bulud olub, dolub qalıb

Kövrəlmişəm mən, eşqim

İndi öz-özümlə mən

Tək bacarmıram, eşqim


[Çıxış]

Söndü həyat, dayandı aləm

Tükəndi qüvvəm, susdumu naləm?

Dondun dodaqlarımda

Xülyalarımda, duyğularımda

Bir bulud olub, dolub qalıb

Kövrəlmişəm mən, eşqim

İndi, indi öz-özümlə bacarmıram

Bacarmıram

Tək bacarmıram

Kövrəlmişəm mən

Bacarmıram