Released on August 29, 2010

Thumbnail

[Bənd 1]

Sən tufanlar çağlayan sonsuz bir dəniz

Mən sənin qoynunda gəmi

Sən mənə hamıdan əziz

Mən qaldım sənə yad kimi

Sən tufanlar çağlayan sonsuz bir dəniz

Mən sənin qoynunda gəmi

Sən mənə hamıdan əziz

Mən qaldım sənə yad kimi


[Nəqərat]

Mən sənə inanıb, - “Səninəm”, - dedim

Sən mənim ən zərif gülümü dərdin

Mən sənə ömrümü, günümü verdim

Sən mənə kədərdən başqa nə verdin?

Mən səndən bir zərrə sevgi istədim

Dedim: "Mənim olsan, daha nə dərdim?"

Mən sənə ömrümü, günümü verdim

Sən mənə kədərdən başqa nə verdin?


[Bənd 2]

Sən sevdadan xəbərsiz dəli bir külək

Mən sənin bağında güləm

Səndən elə dönüb ürək

Çətin ki, bir də mən güləm

Sən sevdadan xəbərsiz dəli bir külək

Mən sənin bağında güləm

Səndən elə dönüb ürək

Çətin ki, bir də mən güləm


[Nəqərat]

Mən sənə inanıb, - “Səninəm”, - dedim

Sən mənim ən zərif gülümü dərdin

Mən sənə ömrümü, günümü verdim

Sən mənə kədərdən başqa nə verdin?

Mən səndən bir zərrə sevgi istədim

Dedim: "Mənim olsan, daha nə dərdim?"

Mən sənə ömrümü, günümü verdim

Sən mənə kədərdən başqa nə verdin?

(Mən sənə)

Mən sənə inanıb, - “Səninəm”, - dedim

Sən mənim ən zərif gülümü dərdin

Mən sənə ömrümü, günümü verdim

Sən mənə kədərdən başqa nə verdin?

Mən səndən bir zərrə sevgi istədim

Dedim: "Mənim olsan, daha nə dərdim?"

Mən sənə ömrümü, günümü verdim

Sən mənə kədərdən başqa nə verdin?