Yazmır H.O.S.T

By PRoMete

On Köhnə Mahnılar

Released on January 13, 2013

Thumbnail

[Nəqərat]

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım, dost?

Deyirlər, yazmır H.O.S.T - axı biz kimik? - toz

Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur

Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

[Bənd 1]

Yazırıq sözümüz bol, gedirik izimiz yol

Qulağında səsimiz (ho), səmimiyyət sayılmır rol

Biz deməyinə deyək, hanı bəs əməllər, ‘’bro’’?

İstənilməz şeylər olur, ‘’label’’a dönüb ‘’Pro’’

Səsim gəlir mənim 07 markalardan

Amma ki bu sözlərə görə yox, ‘’beat’’lərə görədir, məncə

Deməli, bu millətin beynindədir problem

Biz isə axtarırdıq problem başqa yerdə

Şəhərin altı, üstü tüstü yanıq cavanlarla

Baxırsan, elə bil ki ac-yalavac canavardırlar

Başları da bir-birindən boş (dum, dum, dum)

Bunları almaq olar bir-iki dini qonorarla

Açıram zibilləri, birinci iy məni vurur

Yazıram sətirləri, üstələyir milli qürur

Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar

Deməsinlər başqa yerdə, sənin də millətin budur

[Nəqərat]

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım, dost?

Deyirlər, yazmır H.O.S.T - axı biz kimik? - toz

Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur

Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım, dost?

Deyirlər, yazmır H.O.S.T - axı biz kimik? - toz

Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur

Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

[Bənd 2]

Əlimdə qələm, elə bil SSRİ-in orağıdır

Sağa-sola hərəkət etdikcə biçir, tökür yerlə bir

Çaqqalların ulaşması, qurdların uyumağıdır

Daha dərin baxaq, görək, məsələ nə yerdədir?!

Üsyankar gəncliyimiz içkinin ağuşunda

Mentalitet əksinə olmaq demək deyil şərəfsizlik

Mən enirəm sizin zirvələrin yoxuşundan

Məncə, yoxdur burada səmimilik, qərəzsizlik

TV-lər çalır layla, xorultudan qulaq batır

Dona bürünür olaylar, cavanlarsa çolaq qatır

Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa

Onlar da indi futbola baxır, çünki hesab atıb

Qarabağ da bizimdir, dost, inan ki, Zəngəzur da

Sarı gəlin, ərəbin muğamı və qara zurna

Əlindən pultu buraxma, kanallarını çevir

Əziyyət çəkmə, seriala bax, yerindən də durma