Yaz

By PRoMete

Released on April 14, 2021

Thumbnail

[Bənd 1: ProMete]

Məndən məsləhət istəyən hər kəsə deyirəm ki, günlərini yaz

Qəmin olsun sətirlər, sevgini yaşa, izlərini yaz

Sevdiklərin yaydakı yarpaqlar kimidir

Bir gün ya sən onları, ya da onlar səni itirəcək

Odur ki, daxilindəki hisslərini yaz

Vərəqlərlə dost olmasan da, olar

Onlar səni qəbul edə biləcək hər bir halla

Dəstək gözləmə heç kimdən, yaz

Yerə vurduqca dizlərini yaz

Gecələr dərdlərə dostdur, səhərlər məntiqə

Odur ki, hər səhər açaraq gözlərini yaz

Sözlərini yaz vərəqlərə

Daha yaxşı dost yox, onlar sadiqdir bütün hallarda

Onlara etibar elə, əyri və düzlərini yaz

Adları yadında qalmayan insanların üzlərini yaz

Daşı həyatını yazılara, yaşa həyatını yazılarda

Gecələr gündüzlərini yaz, ayrılma yazılardan, yaza-yaza az


[Nəqərat:]

Yaza-yaza açıram qapıları

Nələr varmış içimdə, nələr

Mənim çata bilmədiyim arzularım

Yazılıbsa alnıma, gələr

Yaza-yaza açıram qapıları

Nələr varmış içimdə, nələr

Mənim çata bilmədiyim arzularım

Yazılıbsa alnıma, gələr


[Bənd 2: Porte Faust]

Dünyadakı bütün dəftərlər çatmır, yazmasan belə

Sənə hər yer sıxıcı, hər yer dar, gəzməsən belə

Sən həyatda hər şeyi yoxlamısan, evdən çıxmasan da

Özünə qurduğun bəhanələrlə bəhanə olmusan sən

Yazırıq bax illərlə biz, həyatımız mahnılar və risk

Yazdığın ən axmaq cümlən belə çevrilir tarixə səlis

Neçə illərdir yığdığın xatirələr gözləyir səni

Onlar mahnılar, şeirlər, kitablar olmaq istəyir

Nə fərqi var ki? Yaz qələmlə, ya da iPhone-a

Yaz hər kəsə, ya da tək ona, yaz uşaqlara, ya da qocalara

Yaz həyatını olmayan formada, yaz bütün planları, unutma

Hamı fərqli, göstər fərqini, yaz divarlara gizlin və qaç


[Nəqərat:]

Yaza-yaza açıram qapıları

Nələr varmış içimdə, nələr

Mənim çata bilmədiyim arzularım

Yazılıbsa alnıma, gələr

Yaza-yaza açıram qapıları

Nələr varmış içimdə, nələr

Mənim çata bilmədiyim arzularım

Yazılıbsa alnıma, gələr


[Bənd 3: ProMete]

Məni yazılar gətirib bura, onlarsız heçəm

Gələcəyi yazıram, yazılara dönür həyatımdan keçən

Görünürəm tək, amma əslində üçəm

Qələm, sətir, fikir – bir, hədəf, əmək – bu ikidir

Üç isə sevgidir, necə də sadədir, hə?

Bil, kəşf edilənə qədər əbədilik, mən yazılarımla qoyacam iz

Mənliyim bölünür, ikiləşir, yazılarda Mete, sənəddə Pərviz

Mən yazıram, çatsın qulağa, yazıram, getsin uzağa

Yaza-yaza təmizlənirəm, yazılar döndərir məni uşağa


[Nəqərat:]

Yaza-yaza açıram qapıları

Nələr varmış içimdə, nələr

Mənim çata bilmədiyim arzularım

Yazılıbsa alnıma, gələr

Yaza-yaza açıram qapıları

Nələr varmış içimdə, nələr

Mənim çata bilmədiyim arzularım

Yazılıbsa alnıma, gələr