Released on February 13, 2013

Thumbnail

[Giriş: PRoMete]

‘'Minus’'u qaldır bir az


[Bənd 1: PRoMete]

Yaxşı ‘'beat’' həmişə məcbur edir qələmi yazmağa bir hit

Başa da düşə də bilmirsən ki, bu, necə baş verir?

Yaş gedir, gün ağla, yaşla bir artır elə bil

Günahlar, savablar, sualları cavabla

Bu, bir oyun, vəziyyətlər – “IQ” testi

Həyat mebel deyil, biz içində qab-qacaq dəsti

Bəsdir, bağlandın otağına, çıx bayıra, bax nə baş verir

Bundan dəhşətli heç nə yoxdur, ''брат'', yaş gedir

“Kaş” deyib geriyə baxmamaq üçün vaxtla oynama

Vaxt çox amansızdır, həmişə qurunun oduna yaş gedir

Nə qədər gücümü yığaraq irəli getmək istəsəm də, alınmır

Deyəsən, çatmışam və bundan o yana olmur, dayandım


[Bənd 2: Daddy]

Həyatda hər bir səhv bir səhifədir

Nədir dadı yaşamağın, bəlkə geyimdədir?

Ya da küçədədir, dörd çarx üstündədir

Şəhər böyük tüstüdədir

Keçmişdədir qəfəsdə xəstə nəfəslər

Dərslər bitib, ölüb dərs verən kəslər

Daddy bu ‘'track'’də PRoMete ilə birlikdədir

Fərq etmir, bu mahnı küçədədir, ya evdədir

Efirdədir bizim səsimiz, bu gün hər yerdədir

Kimi kölgədədir, kimi bölmədədir

Kimlər qürbətdədir, kimlər hörmətdədir?

Kimlər kimə görə kimləri incidir, kim bilir?


[Nəqərat: PRoMete]

Həyatda hər bir səhv bir səhifədir

Nədir dadı yaşamağın, bəlkə geyimdədir?

Daddy bu ‘’track'’də PRoMete ilə birlikdədir

Bizim səsimiz bu gün hər yerdədir

Həyatda hər bir səhv bir səhifədir

Nədir dadı yaşamağın, bəlkə geyimdədir?

Daddy bu ‘'track''də PRoMete ilə birlikdədir

Bizim səsimiz bu gün hər yerdədir


[Bənd 3: PRoMete]

Bir gün gözünü açıb özünü görəndə göydələndə

Sevinmə, hətta əgər Dubaydasan, ya ‘’USA''də

Bil ki, səndən öncə də olub oranı fəth edən

Sayma özünü bərk gedən, sən bir ruhsan, bir bədən

Bil, bu pul deyil böyük zibil və bil ki

Əsl xəzinə deyil elə də dərində

Nəbzi tut və yerində hiss et ki

Nədir “əla”, nədir “pis getmir”

Risk et, ‘'bro'', risk etmir hər yoldan keçən insan, yox!

Zamanı geriyə çevirə bilən yoxdur insanlardan

Ona görə sən istifadə eləməlisən lazımlı anlardan

Heç kimi qaytarma kandardan, bil, həyat hədiyyədir

Hədiyyəni al, qədrini bil, geriyə zay edib qaytarma


[Nəqərat: Daddy]

Həyatda hər bir səhv bir səhifədir

Nədir dadı yaşamağın, bəlkə geyimdədir?

Daddy bu ‘'track''də PRoMete ilə birlikdədir

Bizim səsimiz bu gün hər yerdədir

Həyatda hər bir səhv bir səhifədir

Nədir dadı yaşamağın, bəlkə geyimdədir?

Daddy bu ‘'track''də PRoMete ilə birlikdədir

Bizim səsimiz bu gün hər yerdədir


[Çıxış: Daddy]

Now this one is combination between Daddy and ProMete

Greetings from sunshine Baku city you know I am saying

Keep it positive!