Released on February 13, 2013

Thumbnail

[Nəqərat: Anar Nağılbaz]

Kim olursan ol, varındır bir yol

Bu dünya tamaşa, oynayırsan rol

Gün qurtardı, atıb cildini sən olursan

Öz qavradığın varlığına cəm olursan

Ya öz rolunu yoluna uyğun tuş edirsən

Ya da xəyallarında məstləşib dəm olursan

Kim olursan ol, varındır bir yol

Bu dünya tamaşa, oynayırsan rol

Gün qurtardı, atıb cildini sən olursan

Öz qavradığın varlığına cəm olursan

Ya öz rolunu yoluna uyğun tuş edirsən

Ya da xəyallarında məstləşib dəm olursan


[Bənd 1: Anar Nağılbaz]

Çox bərk getmə barı, bax aşağı, yuxarı

Belə bu dünya malı elə dünyada qalır

Kimlərsə qohumlarına yığdıqları cah-calalı

Gah yel dağıdır, gah da sel aparır

Həyatındır varın, həm vaxtın azalır

Tox arzuların tez verər barı

Yaşa, necə istəyirsən, yaşa yenə, azad ol

Bir-iki sönmüş işığı yandır ki, qəlbində şad ol

Mehriban hissini itirib pessimist olma

Öz varlığına qəsd edib ekstremist olma

Kimsə, nəsə düz deyil, gücün yoxdur, durma!

Cilovla səbrini, yan keç, boşuna vurma


[Nəqərat: Anar Nağılbaz]

Kim olursan ol, varındır bir yol

Bu dünya tamaşa, oynayırsan rol

Gün qurtardı, atıb cildini sən olursan

Öz qavradığın varlığına cəm olursan

Ya öz rolunu yoluna uyğun tuş edirsən

Ya da xəyallarında məstləşib dəm olursan

Kim olursan ol, varındır bir yol

Bu dünya tamaşa, oynayırsan rol

Gün qurtardı, atıb cildini sən olursan

Öz qavradığın varlığına cəm olursan

Ya öz rolunu yoluna uyğun tuş edirsən

Ya da xəyallarında məstləşib dəm olursan


[Bənd 2: PRoMete]

Çox yavaş da getmə, dostum, sürətini düzgün tut

Bu həyat bildiyindən də pozğun

Ya uğuru unut, ya da qucağına uzan

Ya sürət qazan, ya da ol iynə ilə gor qazan

Heç nə asan deyil, heç nə asan

Amma qaçma sən, yoxdur kəsən, asan

Sən nə Qəddafi, nə də Səddamsan

Elə yaşa, deməsinlər, əzazil, ya qəddarsan

Bil, unudulur cəlladlar, geriyə qalır çox az adlar

Xatırlanarlar adi insanlar

Hansılar ki, düşünməyib dövlət-var

Bil, qarşıda ölmək var... Yaşa, yarat!

Sən gedəcəksən, işlər qalacaqlar


[Nəqərat: Anar Nağılbaz]

Kim olursan ol, varındır bir yol

Bu dünya tamaşa, oynayırsan rol

Gün qurtardı, atıb cildini sən olursan

Öz qavradığın varlığına cəm olursan

Ya öz rolunu yoluna uyğun tuş edirsən

Ya da xəyallarında məstləşib dəm olursan


[Bənd 3: Anar Nağılbaz]

De görək, hər bir işi ata-atdır, kimdir bu adam?

Bəs hara getdisə, bata-batdır, kimdir bu adam?

Bütün günü yatdı, itdi-batdı, kimdir bu adam?

Yaxud bütün arzularına çatdı, kimdir bu adam?

Biri də var ki, işi, peşəsi elə şikayətdir

Vallah adam da var şorqoğalı ona kifayətdir

Eləsi də var, atdığı hər bir addım cinayətdir

Danışdırırsan, deyir, ətdir-mətdir, nə söhbətdir?


[Bənd 4: PRoMete]

Eləsi də var, dindirirsən, sənlə kəlmə kəsmir

Uzun-uzun danışırsan, bir demir də - bəsdir

Qabağında min oyundan çıxırsan ki, səninlə danışsın

Sonda kimsə deyir ki, dildən, qulaqdan şikəstdir

Həyat əbəs o kəsə ki, fikri lal, qəlbi kor

Bizə nə var? Ver bir kağız, qələm, çörək və şor

Bizim işimiz söz, bizim işimiz fikir çıxartmaq

Odur ki, yemək tapmasaq da, olmuruq dilxor