[Bənd 1]
Gün ərzində Günəşi izləyən
Kölgələr kimi sənə görə dəyişkən
Ya da ömründə yağışı bilməyən
Səhra qumları kimi sənə həris mən
Ovuclarında yuva qurum və
Tərləyəndə ətrindən huş itsin
Hər şey çox yaxşıdır, amma ki
İstərəm ki, elə indi bitsin
[Nəqərat]
Dursun qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
Dursun qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
[Bənd 2]
Söz dinləmir bu fikirlər
Elə hey yanına qaçıb gedirlər
Həqiqəti dəyişmir bu illər
Sevginlə bütövləşir şəkillər
Bir az uzaq qal, yoxla, bəlkə heç
Darıxmırsan, demək, onda boş
Səninlə bir saniyəlik əl-ələ
Bir ömürlük süni gülüşdən xoş!
[Nəqərat]
Dursun qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
Dursun qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən