Released on February 13, 2013

Thumbnail

[Giriş]

Səs, uzaqdan gələn səs...

Qəmli bir nalə gələr, yetişər


[Bənd 1]

Əgər bir gün itirsən gücünü

Ya da heç nəyə qalmasa dözümün

Düşünmə ki, hər şey itirilib

Möhkəm-möhkəm sən yum gözünü

Özünü ən sevilən adam hesab elə

Bax gör, onda problemlər necə çözülür?!

Hər birimizin ipi tez-tez üzülür

Gərək, biz yaddan çıxarmayaq düzünü

Ki, bizim həyatımızda var birlər

Hansı ki heç vaxt itirilmirlər

Bu qədər qarma-qarışıqlığın içində

Onlar tərpədilməz və silinməzdirlər

Əvəzedilməz şeylər hələ də var

Bizi dayandırmağa çalışanlar

Biz sevə-sevə edirik yola davam

O, var! Və bizi aparır qabağa!


[Nəqərat]

O, istəkdir, o, arzudur

Həyat eşqi ilə hər an doludur

Min-min insan, nalə-üsyan

De, nəsən sən, anlamazsan?

O, istəkdir, o, arzudur

Həyat eşqi ilə hər an doludur

Min-min insan, nalə-üsyan

Anlamazsan bu dərdi, möhnəti

Sənə heç yoxdur güman


[Bənd 2]

Əsas ürəyin səsini eşitməkdir

Qalan hər şey zamanla düzəlir

Vaxtında işlətdiyin xoş söz

Əvəz edəcək yardımçı yüz əli

Əməyi itirmək – insan xisləti

Pisi tez görmək – hər kəsin adəti

İstək isə yox edə bilir pis hər şeyi

Əslində hər şey çox sadədir

Bax nə edir, bax sevgi nə edir

Bax indi kimsən, bax əvvəl nə idin

Hər saniyənin öz hökmü var və

Bil, səni dəyişə bilən yalnız sevgidir

Aç əlini iki yana, çək havanı sinənə

Qaçırma bu anı, olmayacaq bir də

Amma bil ki, onu görmək istəsən sən

Rastına çıxacaq o hər yerdə


[Nəqərat]

O, ümiddir, o, gümandır

Onsuz olmaq nə yamandır!

Həyat heç vaxt olmur asan

De, nəsən sən, anlamazsan?

O, ümiddir, o, gümandır

Onsuz olmaq nə yamandır!

Həyat heç vaxt olmur asan

Anlamazsan bu dərdi, möhnəti

Sənə heç yoxdur güman