Sərhədlər Var

By PRoMete

On Sinqllar (2006-2015)

Released on August 8, 2009

Thumbnail

[Giriş: PRoMete]

Buzxanalar indi insanlardan soyuqluğun formulunu öyrənir

Münasibət qurmaq yox, münasibət qırmaq erasında yaşayırıq

Siz də soyuqdan donmamış üstünüzə qalın bir şeylər geyinin

Az gəlsə, bir az da qalın, az gəlsə, bir az da qalın…


[Bənd 1: PRoMete]

Boş daxmaların qıfıllarından

Araba düzəldib yola çıxdım

Xoş anamın sığallarından

Ayrılıb yollarda yoxa çıxdım


[Nəqərat: PRoMete]

Arzular çox böyük, amma

Dünyada sərhədlər var

Doydurublar bizi şirin yalanla

Acı-acı gerçəklər var

Arzular çox böyük, amma

Dünyada sərhədlər var

Doydurublar bizi şirin yalanla

Acı-acı gerçəklər var


[Bənd 2: AiD]

Hər günü eyni yaşamaqdan bezdim

Vərdişləri qırmağa başladım

Oturmaqdan yorulmuş ayaqları

Gəzməklə yormağa başladım

Yol cızdım özümə

Mənə cızılan yolları pozmağa başladım

Və anladım ki, gec qalmışam 2008 il

Elə bu andan qaçmağa başladım


[Bənd 3: PRoMete]

Mən özümü itirdim bu yollarda

Məni tapın anama verin mənimi

Deyin - “Özü də gələcək

Sərhədləri silərək”

Əsən hər külək gətirəcək lələk


[Nəqərat: PRoMete]

Arzular çox böyük, amma

Dünyada sərhədlər var

Doydurublar bizi şirin yalanla

Acı-acı gerçəklər var

Arzular çox böyük, amma

Dünyada sərhədlər var

Doydurublar bizi şirin yalanla

Acı-acı gerçəklər var


[Bənd 4: AiD]

Mən sənin ümidinin baş hissəsi

Sən yaralarından aralana bilmədin

Dən düşəndə ağaran saçlar

Səni qara baxışdan uzaqda qoymadı

Sən qızıl qəfəsin içində bülbül

Endiyin dərələrə zirvələr endi

İtdi bitən ömrünün səs-sorağı da

Qara ləkə sayılır sərhədlər indi


[Nəqərat: PRoMete]

Arzular çox böyük, amma

Dünyada sərhədlər var

Doydurublar bizi şirin yalanla

Acı-acı gerçəklər var

Arzular çox böyük, amma

Dünyada sərhədlər var

Doydurublar bizi şirin yalanla

Acı-acı gerçəklər var