Released on February 13, 2013

Thumbnail

[Nəqərat: PRoMete]

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu


[Bənd 1: PRoMete]

Bakı, 2011, noyabr

Bu qış hər ilkindən daha tez qar yağır

Pəncərələrdən kim baxırsa

Üzündən gülüş axır

“Biz hələ deyilik qışa hazır”

Deyən yaşlılar da bu qarda qəribə bir ümid tapır

Mənim ilhamım isə yaşayır hələ bahar

Qış döysə də qapı

Əsl vaxtıdır yatmağın yataqda qucaqlayıb kitabı

Mənim mürgülü Bakım

Necə fərqlidir sənin hər bir sabahın

Bir səhər qar dolu hər tərəf

Bir səhər isə gün səmada

Mən piyada bu küçələrini çox gəzdim

Hər küçədə var izim (var izim)


[Nəqərat: PRoMete]

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu


[Bənd 2: L-mir]

Bəlkə də, Bakıda qış soyuq keçir hər il

Amma nəfəsdən gələn buxar buna deyil dəlil

Əgər həll edirsə çox şeyi uzun qollar

Şəhərə qar yağmasa da, olar

İçimdəki hava stereotiplərdən kənar

Sinoptiklər bu dəfə də, deyəsən, yanıldı

Məndə hələ də düzgün getməyən nələrsə var

Səndə bəs ürəkdən sevmək neçə dəfədən alındı?

Gözləmə otağı, taksi, gözəllik salonu

Bu soyuqda tək qalanda yada sal onu

Üzündə təbəssüm, fikrin adsız barmaqdadır

Səhvin onun kimi birisini axtarmaqdadır

Deyirlər, bir dəfə səhv edən ikincidə yanılmaz

Həyatsa hər şeyin əksini göstərən yaramaz

Bəlkə də, Bakıda qış soyuq keçir hər il

Ancaq diqqətdən kənar qalır ən vacib amil


[Nəqərat: PRoMete]

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu


[Bənd 3: PRoMete, L-mir]

Əhvalın sürüşkən olanda haradan

Biləsən, nə gözləyəsən bu havadan?

Sənə isti görünə bilər qar da

Evdəki soyuqluq götürülsə aradan

Səbəbi özün tap ki, Günəş çıxsın

İsidən kəlmələr dilinə yatsın

Hər şey yaxşıdır, artıq hirslənmirəm

Sən get, yat, mən hələ ki istəmirəm...


[Nəqərat: PRoMete]

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu

Yağırsa qar narın

Əsirsə külək hələ, bu

Demək deyil ki, baharım

Yaşayır sonunu