Released on February 13, 2013

Thumbnail

[Bənd 1]

Sən hər dəfə məndən küsəndə

Elə bil ki bütün dünya hiss edir

Dodaqların kənarın büzəndə

Düz olan işlərim də pis gedir

Bu, nə sirdir? Bu, nə möcüzə?

Nələr gizlətmisən? Çıxar üzə

Sənin eşqin daha nələr edə bilir?

Bunu mənə hisslərinlə ver büruzə


[Nəqərat]

Hər səhər Günəş oyananda

Hər axşam sən həmişə varsan

Hər axşam uyuyarsan qoynumda

Qolların boynumda

Hər səhər Günəş oyananda

Hər axşam sən həmişə varsan

Hər axşam uyuyarsan qoynumda

Qolların boynumda


[Bənd 2]

Hər addım, hər bir nəfəs

Külək, duman, yağış, boran, qar

Hər bir mahnı, hər bir səs

Yenə mənə səni xatırladar

Bu, nə sirdir? Bu, nə möcüzə?

Daha haralarda dəyəcəksən gözə?

Sənin ətrin məni dəli edə bilər

Hisslərin hamısını düzə bilmirəm sözə


[Nəqərat]

Hər səhər Günəş oyananda

Hər axşam sən həmişə varsan

Hər axşam uyuyarsan qoynumda

Qolların boynumda

Hər səhər Günəş oyananda

Hər axşam sən həmişə varsan

Hər axşam uyuyarsan qoynumda

Qolların boynumda