Released on October 26, 2009

Thumbnail

[Bənd 1: PRoMete]

Günəş, parlaq səma, tozlu pəncərə

Çərçivə arasından sızan şüa

Qəribə ahəng, qəribə qamma

Puç olmuş arzular

Hər şey çox bəsit, mənasız dünya!

Fikirləşir ki, bəlkə, toz olum?!

Mən də sızan şüada rəqs edim

Amma kölgə var və görünməmək qorxusu

Ya da səs olum

Qucaqlayım qulaqları və beyni

Mən yazıram ki, sən eşidəndə yaşayım

Mən bilirəm ki, sən eşitdin, mən yaşadım

Hər sətrimdə çək nəfəs və gülümsə

Qoy gözlərində təbəssüm görünsün


[Nəqərat: PRoMete]

Qurtul bu cəmiyyət qəliblərindən

Tələ sevgilər saxlayan

Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən

Tələ sevgilər saxlayan

Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən

Tələ sevgilər saxlayan

Paslı insan qəlblərindən!


[Bənd 2: AiD]

Əgər sən öz hökmünlə barışmağa “yox” desən

Əgər sən içdə yatan arzularına “qalx” desən

Əgər sən bezib bir gün bu yerləri tərk etsən

Yenə də gülümsə, qəm itsin gözlərində

Qoy tükənsin xəyallarının hamısı, bəsdir artıq, böyü bir az!

Həyatda uzaqlarda çox olmusan, amma həyat hələ dayaz

Bahar, yoxsa yaz, fərqi yoxdur - sənlə mən kimi

Bu təbiətin bir qanunu, sevinclə qəm kimi

Sol gözlərində solan o hisslər kimi

Qaç sevgimizdən qaçan mələklər kimi

Bax bircə dəfə də həyata kor insan kimi

Yol uzanmışdı, amma biz tükənmədik ki!

Həyatım, sən ömrümdə yoxsan artıq!

Bilməsə idi, qərənfil qəmli sayılmazdı, insan ölməsə idi!

Döndü atdığım hər addım, darıxardım dönməsə idi

Ölməsə idi susuz dərviş, bəlkə, ağac əkərdi səhrada?!


[Nəqərat: PRoMete]

Qurtul bu cəmiyyət qəliblərindən

Tələ sevgilər saxlayan

Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən

Tələ sevgilər saxlayan

Paslı insan qəlblərindən!

Qurtul bu cəmiyyət qəliblərindən

Tələ sevgilər saxlayan

Paslı insan qəlblərindən!


[Çıxış: PRoMete]

Mənə yaddır bu səma!

Sənə düşmən bu Günəş!

Yenə qarlı bu dağlar!

Budaqlar yarpaqsız!

Mənə yaddır bu səma!

Sənə düşmən bu Günəş!

Yenə qarlı bu dağlar!

Budaqlar yarpaqsız!