Released on June 5, 2010

Thumbnail

[Bənd 1: AiD]

Xatirələr oyatdı pəncərə nəyə görə?!

Hər şey başladı pəncərədən əvvəlcədən

Adi kəlmədən, daha nədən?

Getməkdən, gəlməkdən, məhəllə-məktəbdən

Bir yerdə (hə) gizlincə gəzməkdən

İlk sevgi-məhəbbət beləcə yarandı

Bu tale-qismət gecədən qaradır

O bilmədi, nədən başladı soyuqluq

Gün gəldi, görüşlər kəsildi biryolluq

Qalsa da sevdiyi uşaqlıq illərində

Yaşadı sevgisi ürəyində, dərində

Bir gün də o qaldı yalqız

Fikrində yalnız o qız...

O qız... O qız...


[Nəqərat: PRoMete]

Ay məni məndən alıb gedən

Dərdlərimi dərdə salıb gedən

Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə

Həsrəti ürəyimdə qalıb gedən!

Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə

Həsrəti ürəyimdə qalıb gedən!

Gecə çatdı səhərə

Laylay dedim şəhərə

Açılmadı bir kərə

Pəncərən, pəncərən, pəncərən...


[Bənd 2: PRoMete]

Var bu məhəbbətin davamı

Pəncərənin o yanı - qız olan yanı

Yağışlar cizgiləridir dünyanın

O qız yenə pəncərədə göründü

Kənardan adicə görüntü

Əslində xəstəlik, üzüntü

Həkimlər deyirdi şəfasız

Oğlan düşünürdü vəfasız

Pəncərədə görüşdü onun baxışları

Pəncərədə öpüşdü onun baxışları

Pəncərəyə düzdü naxışları

Gözündən süzülən yağışları!

Çalışdı yarından olsun uzaq

Səbəbi o qıza bəllidir ancaq

Bu sevgi naminə ayrılsaq

Açma pəncərəni

Açmaq, uçmaq...


[Nəqərat: PRoMete]

Bir daha gəldim o yerlərə

Tanış küçə, tanış pəncərə

Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq

Bir anlıq qayıdaydıq o illərə...

Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq

Bir anlıq qayıdaydıq o illərə...

Gecə çatdı səhərə

Laylay dedim şəhərə

Açılmadı bir kərə

Pəncərən, pəncərən, pəncərən...


[Bənd 3: AiD]

Son nöqtəyə yaxınlaşmaq

Olmamaq qorxusunu aşmaq

Əziyyətlə rahatlaşmaq

Zülmdən zülmətə bir anlıq uçuş

Payızın xəzan nəfəsi

Yolu qısaltmaq həvəsi

Ömrün sonuncu qəfəsi

Möhlətdən qismətə bir anlıq uçuş

Nə acizlik, nə igidlik?!

Həm ölülük, həm dirilik

Bir bilirikmi? Bilmirik...

Cəhalətdən Cənnətə bir anlıq uçuş

Cəhalətdən Cənnətə, bəlkədən

Əlbəttə, birinci son dəfə

Xəlvətdən xəlvətə

Eyvandan həyətə bir anlıq uçuş

Sürünməkdən qurtuluş...

(Sürünməkdən qurtuluş...)


[Nəqərat: PRoMete]

Gecə çatdı səhərə

Laylay dedim şəhərə

Açılmadı bir kərə

Pəncərən, pəncərən, pəncərən...

Pəncərən, pəncərən, pəncərən...