Released on September 2, 2010

Thumbnail

[Giriş]

- Sən yuxulara inanırsan?

- Niyə soruşdun ki?

- Heç, elə-belə. Gözünü yum...

- Hə?


[Bənd 1]

Səni mənə göndərib Yaradan

Qadağan mənə təsirsiz

Mənə təsir eləmir qadağan

Sənin sevgin misilsiz!

Sən mənə gərək

Mən sənsiz sıfır!

Gücümün tükənməzliyini hiss edirəm

Qanadsızsan, amma ki mələk

Sevginin ölməzliyini hiss edirəm

(Hiss edirəm, hiss edirəm, hiss edirəm...)

Daha küçə boyu qaranlıq yox

Hakim işıqlı fənərlər var, niyəsə

Daha məni izləmir paranoyyalar

Qaranlıq məndən küsüb, deyəsən

Buz kubu olan ürək əriyib vurur

İnam artıb işığa, Günəşə

Nəfəs aram-aram deyil, təng ahəngli

Beyin tələsir görüşə (görüşə)

Nə qəşəng, bu ağaclar çiçək də açarmış

Mən görməmişdim, ya da almamışdı mənim fikrimi

Hər əsən külək mənə gətirir ətrini

Səsini eşitməyə ehtiyacım var!

Məni buraxma! Məni buraxma!

Sən yaxında, sən uzaqda!

Mənə yaxınlaş! Məndən uzaqlaş!

Hər sətrin başına "kaş" qoyub

Keçmişi yada salmağa nə gərək?

Sən yanımda, istəyirsənsə, gəl 2013-ə gedək

Əlimi sıx, tərləsin donmuş barmaqlar

Sınmış dırnaqların gözümə sataşsın

Şikayətlən əvvəlkitək

Məni qucaqla!

Məni buraxma! Məni buraxma!


[Nəqərat: PRoMete]

Sən yaxında, sən uzaqda

Mənə yaxınlaş! Məndən uzaqlaş!

Səni sevdiyimi qulağına pıçıldayım

Mənə sevginin izi dodaqda qalsın

Sən yaxında, sən uzaqda

Mənə yaxınlaş! Məndən uzaqlaş!

Səni sevdiyimi qulağına pıçıldayım

Mənə sevginin izi dodaqda qalsın


[Bənd 2: PRoMete]

İz salsın cüt ayaqlar qar üstünə

Ya da qaçaq, gizlənək ’’блок’’lardan birində, tüstüdən

İstidən hələ heç kimə ziyan gəlməyib, deyim sənə

Sən də dön, çəp-çəp bax mənə!

Şirin-şirin dodağın sallansın

Hələ də başa düşə bilmirəm?

Mələksən, yoxsa insansan?!

Axı belə sevə bilmir insanlar

Səni İçərişəhərin dar küçələrində gəzdirim

Sən mənim sevgilim!

Əks versin səssizlikdə yumşaq səsin

Gülüşündən ürək titrəsin

Məni buraxma! Məni buraxma!

Sən yaxında, sən uzaqda!

Məni buraxma! Məni buraxma!

Mənə yaxınlaş! Məndən uzaqlaş!


[Nəqərat: PRoMete]

Sən yaxında, sən uzaqda

Mənə yaxınlaş! Məndən uzaqlaş!

Səni sevdiyimi qulağına pıçıldayım

Mənə sevginin izi dodaqda qalsın

Sən yaxında, sən uzaqda

Mənə yaxınlaş! Məndən uzaqlaş!

Səni sevdiyimi qulağına pıçıldayım

Mənə sevginin izi dodaqda qalsın

Dodaqda qalsın, dodaqda qalsın

Dodaqda qalsın, dodaqda qalsın


[Keçid]

- Üşümürsən?

- Yox...


[Çıxış]

Nə qədər acı olsa da, bu, belədir

Hər şeyin başlanğıcı olduğu kimi sonu da var...