Papa

By PRoMete

Released on January 7, 2020

Thumbnail

[Bənd 1]

Səni heç vaxt itirməkdən qorxmamışdım

“Dünyanı tutub durmalıdır bu adam”, – düşünürdüm

Bacı zəng edib ağlayanda yoxluğunu anlamışdım

Əynim qalın idi, amma yaman üşüyürdüm

O yolu necə sürdüm, o gecə düşür yadıma

Çatmaq istəyirdim yanına ki, eşidim son sözlərini

Amma ki zaman bizi saldı ayrı birdəfəlik

Girəndə mən evə əbədi yummuşdun sən gözlərini

İndi vecimə deyil qafiyələr, ya da üslub

Yoxluğun diktə edir yazdığım bu sətirləri

Heç bilirsən, sən gedəndən ’’мама’’mız gültək solub

Amma ki güllərin də heç vaxt itmir ətirləri

Hər küləkdə, hər yağışda düşürsən sən yadımıza

Biz isti otaqlarda, sən isə soyuq torpaq altda

Boğur qəhər anlayanda bu ''track''i dinləməyəcəksən

Bu arada Sofiya da Ramiz babanı çıxarmır yaddan


[Nəqərat]

Geriyə gətirmir səni dualar da

Sən indi haradasa uzaqlarda

Səsimizi eşidirsənmi, görəsən!?

Eşidirsənsə, işarə ver oralardan

Geriyə gətirmir səni dualar da

Sən indi haradasa uzaqlarda

Səsimizi eşidirsənmi, görəsən!?

Eşidirsənsə, işarə ver oralardan


[Bənd 2]

Yadıma düşür birgə uzanıb tavana baxmağımız

Hamının atası ata, mənim atam isə hər vəziyyətdə dost

Böyük zövq idi səninlə bu cür danışmağımız

Müzakirələr, kitablardan, musiqidən və yaxud H.O.S.T

Deyərdin, - "Qazandıqların hədiyyədir, onların qədrini bil

Bu həyatda bir məcburiyyətin var, o da ki ailən"

Bu gün sənin yoxluğundan keçir artıq yarım il

Sən getmisən, amma möhkəmdir bizimçün qurduğun aləm

Haqqında danışmaq çətindir keçmiş zamanda

Sağalmayan yara yoxdur, hər şey sağalır zamanla

Görməyi sən öyrətmisən, hətta müsbət yamanda

İndi təbəssüm gətirir xatirən, sənli o anlar

O qədər hisslər var ki, sözlərdən aşıb keçər

Anlaşılmazdır, zaman niyə insanları ayrı salır ki!?

Sənin yerini, qoxunu, sözünü axı nə əvəz edər!?

Ruhunun şadlığını diləməkdən başqa nə qalır ki!?


[Nəqərat]

Geriyə gətirmir səni dualar da

Sən indi haradasa uzaqlarda

Səsimiz eşidirsənmi, görəsən!?

Eşidirsənsə, işarə ver oralardan

Geriyə gətirmir səni dualar da

Sən indi haradasa uzaqlarda

Səsimiz eşidirsənmi, görəsən!?

Eşidirsənsə, işarə ver oralardan


[Keçid]

(Ramiz İsaqovun oğluna ''Whatsapp'' audio mesajı)

Pərviz, sənə mən qurban olum…

Bilirsən ki, ’’папа’’ səni nə qədər istəyir, qurban olsun sənə ata!?

Allah sənə ömür versin, can sağlığı versin…

Sofişini elə böyüdəsən ki, ürəyin necə istəyir, elə bir bala alınsın…

Bütün nəslimizin üz ağı olsun, ata qurban olsun


[Nəqərat]

Geriyə gətirmir səni dualar da

Sən indi haradasa uzaqlarda

Səsimiz eşidirsənmi, görəsən!?

Eşidirsənsə…