Released on March 4, 2010

Thumbnail

[Bənd 1: PRoMete]

Dünyaya sorğusuz gəldik

Sözlər ölkəsində qələm aldıq

Əllərimmi oldu günahkar bu yazılan sətirlərə görə

Yoxsa beyin fikirləşdi?!

Çıxılmaz sualların dilemmasında azdıq

Bizə hər şey azdır, biz tamah övladları

Biz günah övladları, buz tutub ürəkləri

Biz nə edə bilərdik ki belə olmaması üçün?!

Hər şeyin başlanğıcı bizdən daha əvvəldir

Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki

Bəlkə, Günəşi taparıq arxasında

Amma orada heç Ay da yox idi

İndi heç ümid də yoxdur

Əvvəlində bitdi oyunum, bizi aldadırmışlar

Anlayanda ancaq güldüm, həyatı ikiyə böldüm

Bundan sonrakı və bundan əvvəlki

Yəni inandığın, bir də soyuqluğun hakimiyyəti

Bəs sevgi?

Sevgi də kimdədirsə, gizlədir...


[Nəqərat: Ayka]

O, sənin içində, o, sənin üzündə

O, yerin üzündə, o, tək mümkün

O, güc dizində, o, gülüş hüzndə

Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə

O, yerin üzündə, o, tək mümkün

O, güc dizində, o, gülüş hüzndə

Hər kəsin izində, tək bir düzgün


[Bənd 2: AiD]

Danışmağa çox şey var, bu qədər ömür yaşayandan sonra

Başqalarının da yükünü beldə daşıyandan sonra

İçimdə peşmançılıq hissi yoxdur başladıq deyə

Ulduz etmək istəsəniz də, biz qalxmadıq göyə

Çox tərif yağdı, amma hansı içdən, hansı yalandan?

Seçmək olmur üstdən, isti baxışı soyuq salamdan

İçimdə əminlik var, bilirəm, xoşdur gələcək

Əgər nəyəsə layiqiksə, boşdur başqa hər gerçək

Sulanır indi hər dibçək, amma nə fayda?!

İçilən zəhərdirsə, yaşamaz insan hətta böyük sarayda

Bəsit insan çox sayda, öz planları ilə nəyisə arzulamaq

Bir qayda, həyat nə hayda, biz nə hayda?!

Nə qədər qəlb hələ də darda kömək gözləyir

İçimdə qorxu var ki, bəzən kömək əlimi gözlədir

Beyində suallar var ki, əsl həyat sorğusu

İçimdə ruh var, onun içində azad olmaq arzusu...


[Nəqərat: Ayka]

O, sənin içində, o, sənin üzündə

O, yerin üzündə, o, tək mümkün

O, güc dizində, o, gülüş hüzndə

Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə

O, yerin üzündə, o, tək mümkün

O, güc dizində, o, gülüş hüzndə

Hər kəsin izində, tək bir düzgün


[Keçid: PRoMete, AİD]

Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki

Bəlkə, Günəşi taparıq arxasında

Amma orada heç Ay da yox idi

Beyində suallar var ki, əsl həyat sorğusu

İçimdə ruh var, onun içində azad olmaq arzusu...


[Nəqərat: Ayka]

O, sənin içində, o, sənin üzündə

O, yerin üzündə, o, tək mümkün

O, güc dizində, o, gülüş hüzndə

Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə

O, yerin üzündə, o, tək mümkün

O, güc dizində, o, gülüş hüzndə

Hər kəsin izində, tək bir düzgün