Oyan

By PRoMete

On 14

Released on February 14, 2011

Thumbnail

[Bənd 1]

Mən yerdə uzanım, sən dizini qucaqla

Pəncərələr açıqdır, əsir pərdələr

Bir neçə saat bir yerdə donaq

Günəş yerin dəyişsin, gəzsin kölgələr

Bəlkə gün gələr, içimi açaram mən sənə

Amma döz hələ, gəl dost olaq

Nə mən tələsim, nə sən tələs

Sonu görməyə hələ yox həvəs

Uç, aç qanad! Aç qanad! Aç qanad! Aç qanad!

Sən yaşa, mən yazım!

Mən yaşamasam da, olar, mən razı... Mən razı...

Burada royal bir neçə not vursaydı

Olardı rəngarəng...

Eyni ahəng bezdirəndə səni mən əlini tutaram

Uzağa gedərik, bir az gəzərik, başını qoyub çiynimə

Sən oturarsan, uzağa baxaraq...

Mən isə susaram, hətta nəfəs almağa belə qorxaram ki

Birdən çiynim qalxıb-düşər...

Bizi sıxırdı şəhər!

Ona görə qaçmışıq!

İndi oxuyur quşlar, ətraf yaşıllıq


[Nəqərat]

Oyan! Oyan! Oyan! Oyan!

Sən və mən, yenə də çirkli urban...

Dayan! Dayan! Dayan! Dayan!

Dayanmaq istəmirəm, gəl qaçaq buradan!

Oyan! Oyan! Oyan! Oyan!

Sən və mən, yenə də çirkli urban...

Dayan! Dayan! Dayan! Dayan!

Dayanmaq istəmirəm, gəl qaçaq buradan!


[Bənd 2]

Gəl açaq qanad!

Gəl uçaq göyə!

Gəl qoşul mənə!

Gəl qoşul qaçaq!

İstəmirəm qoçaqlıq eləmək...

Mete, uşaqlıq eləmə!

Sərhədlərim açıq

Fikirlərim darmadağın mənim

Mənim üçün yoxdur qızıl orta

Ya yoxdur nəsə, ya çıxarıram ağın (ağın)

Uça bilirəm, elə bilmə, bu tək dilimdədir

Mənim qanadlarım belimdə deyil

Mənim qanadlarım sənin əlindədir

Bəlkə düşünürsən ki, sevgim sətirlər qədərdir?!

Onda oxuduqlarım hədərdir! (hədərdir!)

Çünki mənim hisslərim daha dərindədir

Yerin dibindədir, bəlkə nüvədədir...


[Nəqərat]

Oyan! Oyan! Oyan! Oyan!

Sən və mən, yenə də çirkli urban...

Dayan! Dayan! Dayan! Dayan!

Dayanmaq istəmirəm, gəl qaçaq buradan!

Oyan! Oyan! Oyan! Oyan!

Sən və mən, yenə də çirkli urban...

Dayan! Dayan! Dayan! Dayan!

Dayanmaq istəmirəm, gəl qaçaq buradan!

(STOP!)


[Bənd 3]

Gərək, iki qulağında da olsun qulaqlıq

Və otağın olsun tam qaranlıq ki

Yazdıqlarımı dinləyib yaşaya biləsən bir anlıq

Axtarma mənasını

Mən məna üçün yazmıram bir hərf belə

Bu, dərin gölə bənzəmir!

Bu, səhra ortasında sərin bulaqdır!

Qulağını aç! Qulağını aç!

Qulağını aç! Qulağını aç!

Qulağını aç! Qulağını aç!

Ruhuna Qonaq Gəlim...