Released on August 11, 2011

Thumbnail

[Nəqərat: Səbinə Rəhimova]

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda


[Bənd 1: PRoMete]

Bu, deyil kədər, sadəcə bir qədər məsafə var aramızda

Sən evdəsən, mən uzaqda, gülüm, darıxma

Hər səhər oyananda təqvimə bax, məni xatırla

Və unutma, buludların arxasında Günəş var!

“Uzun ayrılıqlar şirin olur, əgər sonluğunda görüş var”

Sən demişdin bu sözləri, xatırlayıram, indi üzdə gülüş var

Döyüşlər, mübahisələr, darıxmışam yaman mən

Albomları səhifələyirəm hər gün işdən sonra dəfələrlə

Dağüstü park, şəkillərimizin kənarları cırıq-cırıq səhifələrdə

Səndən uzaqlarda mənim üçün eyni küçələr də, döngələr də, dalanlar da

Çünki sənli xatirələrin iyi gəlmir buralardan

Oralarda sənin üçün də çox çətindir, bilirəm

Gülüm, sevirəm səni!

Qoy bu sətirlər sənə güc verə biləcəyi qədər güc versinlər

Bahar gəlsin və qaranquşlar gələn kimi bil ki, gəlirəm mən də


[Nəqərat: Səbinə Rəhimova]

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda


[Bənd 2: Səbinə Rəhimova]

Səndən ayrı mənə sevinc də qəmdir

Gecələri səhərə gözlər nəmdir

Sən hər yuxumun qonağı

Gəl buraxıb uzağı

Çox darıxıb dodağım sənsiz

Hər küçə yaşadır bizdən nəsə

Elə hey axır gözdən nəsə

Mənim üçün bu dünyanın tək mənası

Mən və sən, mən və sən!


[Nəqərat: Səbinə Rəhimova]

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda


[Bənd 3: PRoMete]

Günü-gündən daha da çətindir səndən uzaq

Uzağın adı uzaqdır, məsafəsi çox uzaq

Burada yaşadığım mənzildə doludur hər tərəf vərəqlərlə

Yazılı yerə səpələnmiş qalaq-qalaq

Artıq həyat tərzimə çevrilib sənin üçün yaşamaq

Sənin üçün yazmaq və sənin üçün yaratmaq

Hərdən taqət də azalır, qürbət məni çox sıxır

Yarı yolda buraxıb hər şeyi istəmirəm uzatmaq

Səninlə buraların olardı tamam başqa dadı

Haraları gəzdirəcəm sənə, yadımdadır

Dünyanın ən böyük şəhərlərini əl-ələ gəzsək

Çönüb sevgi şəhəri olacaq bu şəhərlərin adı

Gündüzlər iş də qata bilmir mənim başımı

Yazmışdın, ağlayırsan gecələr, sil göz yaşını

Mən də çox darıxıram, amma ki çox az qalıb

Sıxılma, yaxındadır görüş, gəzərik Bakını


[Nəqərat: Səbinə Rəhimova]

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda

Hər səhər mən yuxudan oyanıb

Səni düşünürəm, sənsə uzaqda

Hələ neçə illər gör dayanıb

Yolumuzu gözləyir bizim qabaqda

Səni düşünürəm, sənsə uzaqda

Yolumuzu gözləyir bizim qabaqda