[Bənd 1]
Sətrə qatıb dad kimi söz maraqlı
Əlimə baxır min cürə göz maraqlı
Niyə fərqlənir, səhvlə düz? Maraqlı
Əlli niyə az? Niyə çox yüz? Maraqlı
Sizə biz maraqlı, bizsə sadəcə
Yolumuzu tutub gedirik sürətlə
Bir mətləb qara qalmır, kim axtarır ki
Kim sualına cavab almır?
Maraq artır kitaba, vərəqə, qələmə müddətlə
Nifrətlə, ya da icbari sevilmir heç nə!
Bunu bu yaxınlarda dərk etmişəm mən
Gecikmişəm ən maraqlı anında həyatımın
Damğam üstümdə - Gecikirəm!
Cəmi doqquz ay çəkib üsyanım
Yoluma davam, sonunadır marağım
[Keçid: Günəş]
Biri var idi, biri yox idi
Var olan heç kimə maraqlı deyildi
Olmayan isə axtarışda idi
Axtarışda idi..
[Bənd 2]
Axtarış bütün həyat
Başqa nə mənası var ki, guya? (Guya)
Kim isə tapsa, möhkəm deyərdi ki
Biz də duyaq (Biz də duyaq)
Bu həyat qaydalarla doludur
Dur, qaydalarını pozma oyunun
‘’Benjamin Button’’-u kim görüb ki?
Biz hamımız getdikcə yaşa doluruq!
[Nəqərat: PRoMete]
Qazanc dalınca
Günlər verilir
Əsəb... Əsəb...
Sinir gərilir
Qazanc dalınca
Günlər verilir
Əsəb... Əsəb...
Sinir gərilir
[Çıxış]
Olmayan isə...
Axtarışda idi...