Released on April 4, 2009

Thumbnail

[Giriş: Samir Kərimoğlu]

Labirintə oxşayır...

Azıb qalmışam...


[Bənd 1: PRoMete]

Bir gün yenə açılan o sabah

İki damla göz yaşı olub düşəcək gözündən

Sən nifrəti özündən aralaya bilmədin

O səni küsdürdü özündən... Özündən...

Özündən muğayat ol!

Mən gedər oldum, sən qalar oldun

Ortalıqda nələr oldu, nələr oldu?!

Mən gedər oldum, sən qalar oldun

Ortalıqda nələr oldu, nələr oldu?!


[Nəqərat: PRoMete]

Unutmaq asan olsaydı, birinci səni

Sonra səni unutduğumu unudardım

Sonra yenidən səni sevərdim

Sonra yenidən unut-sev, unut-sev

Unutmaq asan olsaydı, birinci səni

Sonra səni unutduğumu unudardım

Sonra yenidən...

Sonra yenidən unut-sev, unut-sev, unut-sev


[Bənd 2: AiD]

Gözdən yaş iki damla, xoşbəxt günləri yadında saxla

Yenə söhbətim boş otaqla, ağla-ağla göz daralınca

Bilsən, nə qədər ağ günlərimizi qara etdin öz sərt düşüncənlə

Xoşbəxt yolumuza körpülər saldın öz dünyandakı səhv düşüncənlə

Mənsiz... Bilirəm, çox çətindir, axan göz yaşını gizləsən belə

Sevgisiz... Həyat daha asan, darıxsam da mən, bu yolumu seçdim

İndi mən yenə səni sevsəm belə, ağlım ürəyimlə dilə gəlməz

Dənizimiz... Öz yerindədir, əsən gilavarlar xəzriyə dönməz


[Bənd 3: PRoMete]

Gəzdiyimiz küçələrdə qoyduğumuz izlər də

Küləklərlə sevişərək itdi

Əvvəlcə sən getdin, gedişdən mən bitdim

İndi isə mən getdim, amma ki çox çətin

Atdığım hər addım

Səndən xəbər... Xəbər sanki

Sənsə mənə yaxın

Bu qədər... Bu qədər uzaq ikən

Bu qədər uzaqkən bu qədər yaxınsan

Bu qədər uzaqkən bu qədər yaxınsan


[Nəqərat: PRoMete]

Unutmaq asan olsaydı, birinci səni

Sonra səni unutduğumu unudardım

Sonra yenidən səni sevərdim

Sonra yenidən unut-sev, unut-sev

Unutmaq asan olsaydı, birinci səni

Sonra səni unutduğumu unudardım

Sonra yenidən...

Sonra yenidən unut-sev, unut-sev, unut-sev


[Keçid: AiD, PRoMete]

İndi mən yenə səni sevsəm belə

Ağlım ürəyimlə dilə gəlməz

Yenidən, yenidən...


[Çıxış: Samir Kərimoğlu]

Labirintə oxşayır...

Azıb qalmışam...