Released on October 18, 2013

Thumbnail

[Giriş]

Demək istədiyin həqiqətləri

Uzun müddət içində saxladıqca

Üzə çıxarmaq daha da çətinləşir

Yalan isə od kimidir, nə yaxşı, nə də pis

Ya qızdırır, ya da yandırır


[Bənd 1: PRoMete]

Bilirəm, nədən yazım, amma niyə axı?!

Yazdığım hər sətrə qara kostyumlular baxır

Adamı tutub basarlar sətrinə görə içəri

Onda da ən yaxşı halda soyular Nəsimi kimi dərin

Doğmur Günəş bu yerlərdə, onun da çatıb ’’доля’’sı

Kiminsə qohumusansa, yasımdan üstündür toyun

Ya da boğum sevincimi, toyumdan üstündür yasın

Tutun, basın bu köpək oğlunu, tutun, içəriyə basın!

Birvaxtkı silahdaşlarım indi kiminsə dalında

Girib oturub özünə rahat mənzil almaq ümidi ilə

Sonra da ağıl öyrədir efirdə gəncliyimə

Onun-bunun p*xuna bulaşmış o uzun dili ilə

Açığı Camal-ı da anlaya bilmirəm, nədir istəyi?!

Yazmışdım söyüş söyəndə: "Bu hərəkətini sevmədim!"

Sonra da bayrağa döş yapışdırdı, qovuldu "Meydan"-dan

Yenə də bir tutarlı məntiqə uyğunluq görmədim

Bu qədər qalmaqalın, dava-dalaşın ortasında

Nadirin "Maral"ları hələ də efiri partladır

‘’Snoop’’ yola verir Aygünü, Röya Fransada taksidə

Zorxana Fikrət oğlu "Fort Boyard"a açar paylayır!

Zukerberq bizim üçün daha çox edir, nəinki yerli TV-lər

Yerli saytlar göstərir ki, soyunur yerli ‘’civi’’lər

Dünyanın hər yerində eyni cür qlobal siyasət

Kapitalizm quruluşunu atmaq lazımdır zibilə!


[Nəqərat: PRoMete]

Vətən mənə oğul desə, nə dərdim

Mənim vəziyyətim mamırdan da beş-betərdir!

Vətəni sevməyən insan olmaz

Yox, vətəni sevən adamda imkan olmaz!

Vətən mənə oğul desə, nə dərdim

Mənim vəziyyətim mamırdan da beş-betərdir!

Vətəni sevməyən insan olmaz

Yox, vətəni sevən adamda imkan olmaz!