Released on February 13, 2013

Thumbnail

[Bənd 1: Aynişan]

Gözümü yumanda da

Sən varsan qaranlıqda

Lap qarda, dumanda da

Sən məni yaşadan tək səbəbsən

Dişimi sıxanda da

Hər damın kənarında

Bircə addım qalanda

Uça bilmirəm mən bu səbəbdən


[Nəqərat: Aynişan, PRoMete]

Sən hər yerdə - hər addımda

Sən hər yerdə - yanında

Sən hər yerdə - səninləyəm

Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda

Sən hər yerdə - yanında

Sən hər yerdə - səninləyəm

Sən hər yerdə - ömürlük


[Bənd 2: Aynişan]

Şaxtada və istidə

Kölgədə və güzgüdə

Doğmada və özgədə

Hər yerdə görünürsən gözümə

Düşünmək, sıxılmaq

Səssizlikdə boğulmaq

Sənsizlikdə yox olmaq

Qayıda bilmirəm mən özümə


[Bənd 3: PRoMete]

Həyat sınaqdır, gülüm, biz isə sınanılanlar

Görüşmək, birləşmək üçün yaradılanlar

Bütün bunları hər dəfə yada salanda

Hər şey elə bil rəngini dəyişir bir anda

Bilirsən, mənim yuxularım uşaqlıqdan rəngli idi

Amma oyananda bu rəngləri tapa bilmirdim

Məktəb vaxtı hamı tuturdu xatirə dəftərləri

Mən isə keçmişə baxmağı heç sevmirdim

Elə bil kimsə pıçıldayırdı: “Qabağa diqqətlə bax”

Hansısa zamanda qarşına kimsə çıxacaq

Mənim üçün həyat ona görə sənə gedən yol idi

Gedirdim, gedirdim, sən isə yox idin...

Yıxılmağa öyrəşirdim, heç kim sığallamırdı

Məni sərt yetişdirmək həyatın cığallığı idi

Heyif, bəzi şeylər tamamilə əlimizdə deyil

Məndən olsa, mən hələ də uşaq idim

Amma bu günə də şükür, hər şeydə hikmət var

Bir gün sənə rastladım və anladım, cənnət var

Bu cənnətdə üzümüzə açıqdır qapılar

Qapalı olsa da, onu bizim üçün açan tapılar

Bu olanlar - hər şey səbəbsiz deyilmiş

Bütün yollar aparırmış bir nöqtəyə

İndi əllərin isti ovuclarımda

Qulaqlarım isə öyrəşib səndən eşitməyə


[Nəqərat: Aynişan, PRoMete]

Sən hər yerdə - hər addımda

Sən hər yerdə - yanında

Sən hər yerdə - səninləyəm

Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda

Sən hər yerdə, yanında

Sən hər yerdə - səninləyəm

Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda

Sən hər yerdə - yanında

Sən hər yerdə - səninləyəm

Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda

Sən hər yerdə - yanında

Sən hər yerdə - səninləyəm

Sən hər yerdə - ömürlük