Heykəllər

By PRoMete

Released on May 14, 2016

Thumbnail

[Bənd 1: PRoMete]

Elə şeylər var ki, onlar olur, sadəcə baxırsan

Qarışa bilmirsən olanlara, olsan da yaxın sən

Gözünü çəkə bilmirsən olanlardan

Donub heykəl kimi qalırsan o anlarda

Bəs heykəllər? Görən, olurlarmı hansısa məqamda insan?

Danışardı nələri, əgər insan olmaq alınsa

Nələri xatırlayır, nələri çıxara bilmir yaddan?

Nələr gəlmir xoş və ya saxlayır həyatda

Soruşsaq Sabirdən və o danışsa birdən

Görəsən, deyərdimi, ayılmışıq cəhalətdən?

İndi zaman fərqli, dəyişib insanların düşüncəsi

Belə deyildi bu millətin iki əsr öncəsi

Baxıram Sabirə, papağına göyərçinlər qonub

Danışmır bircə kəlmə belə, susub, donub

Bəlkə də, alınsa da, dinməzdi o

Onu bu küçədə gördükləri yaman yorub


[Nəqərat: AİD]

İlləri yola salıb, ötürüb nəsilləri

Zamana qalib gəlib keçərək fəsilləri

Nələri görüb, bacarsaydı, danışardı nələri

Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri

Zamana qalib gəlib keçərək fəsilləri

Nələri görüb, bacarsaydı, danışardı nələri

Bu qocaman şəhərin qoca heykəlləri


[Bənd 2: PRoMete]

Nəsimi danışardı, yəqin, bizə

Həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda

Car çəkməkdə davam edərdi o

İnsanın aliliyin və cibində tiryək filanla tutulardı

Füzuli deyərdi ki, rüşvətin bu həddə çatacağın

Yatsa, yuxusuna da gətirə bilməzdi

Evləri sökülmüş sakit duran o əhalini, illərdir, tanıyır

Və əmindir ki, bu millət ölməzdir

Nizami şikayətlə danışardı gənclər yazan ''SMS''dən

Onlar qəti qaynaqlanmırlar Leylidən, ya da Qeysdən

Deyərdi bu cümlələri hirslə

Bir bilsəydim, kimə qalacaq irs Xəmsəm

Və ya eşitsə bircə anlıq musiqimizi Hacıbəyov

Ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda?!

Cavid, yəqin ki, dəli olardı

Danışılanları eşitsəydi öz milləti haqqında


[Nəqərat: AİD]

İlləri yola salıb, ötürüb nəsilləri

Zamana qalib gəlib keçərək fəsilləri

Nələri görüb, bacarsaydı, danışardı nələri

Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri

Zamana qalib gəlib keçərək fəsilləri

Nələri görüb, bacarsaydı, danışardı nələri

Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri

Zamana qalib gəlib keçərək fəsilləri

Nələri görüb, bacarsaydı, danışardı nələri

Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri

Zamana qalib gəlib keçərək fəsilləri

Nələri görüb, bacarsaydı, danışardı nələri

Bu qocaman şəhərin qoca heykəlləri


[Bənd 3: PRoMete]

Yəqin ki, Əhməd Cavad da istərdi daima

Dayansın elə bir yerdə ki, görünsün bayraq

Ya da Almas İldırım, bəlkə də, istəməz

Heykəli ucaldıla birləşdirilməmiş torpaq

Neçə-neçə insanlar gedib əqidə üstə

Bizsə indi yaşayırıq, demək olar, əqidəsiz

Baxış bucağım dəyişir yaşlandıqca

Amma hələ də təsəvvür etmirəm Bakını Rəsulzadəsiz